“Azərbaycan Respublikasının Əməkdar məşqçisi”

 fəxri adının verilməsi haqqında

 Ə S A S N A M Ə

I.Ümumi müddəalar
 
1.1    “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı əsasnamədə qeyd olunmuş tələb normalarını yerinə yetirmiş məşqçimüəllimlərə verilir.
 
1.2 “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı yetirməsi bu Əsasnamənin tələblərinə uyğun nəticələr əldə etrmiş və azı 5 il fasiləsiz əmək stajına malik olan məşqçilərə verilir.
 
1.3   “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı tələb normalarına uyğun, yüksək nəticə göstərmiş komanda və idmançılarla işləyən məşqçi və müəllimlərə verilir.
 
1.4    Fərdi idman növlərində tələb normalarına uyğun nəticə göstərmiş idmançıya görə yalnız iki məşqçi:
-ilk məşqçisi və idmançının nəticə göstərdiyi zaman onunla işləyən yığma komandanın bir məşqçisi “Əməkdar məşqçi” fəxri adına təqdim oluna bilər.
 
1.5.            Komandalı oyun idman növlərində “Əməkdar məşqçi” fəxri adı aşağıdakı göstərici və nəticələrə görə verilir:
       Tələb normalarına uyğun nəticə göstərmiş ən azı iki idmançını yığma, yaxud digər klub komandasına vermiş məşqçilər;
       Həmən komandalarla nəticə göstərilən zaman işləyən Baş (köməkçi) məşqçilər.
Qeyd: İdmançı digər klub komandasına verildikdən sonra o, 2 il ərzində müvafiq nəticəni göstərərsə, bu zaman onun əvvəlki məşqçisinə fəxri ad təqdim olunur:
 
       Sonrakı məşqçilər nəticə göstərmiş idmançılarla ən azı 1 il işlədiyi halda fəxri ada təqdim olunur.
 
1.6.            Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına təqdimat aşağıdakı qaydada həyata keçirilir:
       Məşqçinin təmsil etdiyi idman yönümlü təşkilatın bədən tərbiyəsi və idmanın yerli idarəetmə dövlət orqanı və müvafiq idman növləri üzrə respublika federasiyaları ilə razılaşdırılmış təqdimatı əsasında;
       Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı əsasında.
 
Qeyd:Təqdimat sənədləri Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş formalara uyğun olaraq, məşqçinin təmsil etdiyi idman təşkilatı tərəfindən hazırlanır. Məşqçinin əldə etdiyi göstəricilərin düzgünlüyünə idman təşkilatı və müvafiq respublika federasiyası məsuliyyət daşıyırlar.
 
 
1.7.            Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adının verilməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinə təqdim olunan sənədlər:
 
1. 3×4 sm. ölçüdə 2 fotoşəkil;
2. şəxsiyyət vəsiqəsinin surəti;
3. İlk idman təşkilatının şəhər (rayon) Gənclər və İdman (Baş) idarəsinin və müvafiq
idman növü üzrə respublika federasiyasının razılığı və qərarları qeyd edilmiş təqdimatı və müraciəti;
4. Məşqçi-müəllimin əmək kitabçasının surəti;
5. Məşqçi-müəllimin şəxsi vərəqəsi;
6. Təhsil haqqında sənədin surəti;
7. Yarışların tam tərkibdə protokolu.
 
1.8.            Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı verilən məşqçi-müəllimlərə vəsiqə  və döş nişanı təqdim edilir.
 
1.9.            Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinin Kollegiyasının qərarına əsasən Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüş məşqçi-müəllimlərin siyahısı KİV -də dərc olunur.
 
1.10.        Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adının geri alınması Azərbaycan Respublikasının Gənclər  və  İdman Nazirliyinin Kollegiyasının qərarı ilə  həyata keçirilir.
 
 
 
III.             Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə
 
3.1.            Dünya çempionatında 1-ci yeri tutmuş 2 idmançını; qitə çempionatında 1-ci yeri tutmuş 3 idmançını; şahmat üzrə isə 8, 10, 12 yaş qruplarında 3 dəfə dünya və yaxud qitə birinciliklərinin mükafatçılarını, 16 və 18 yaş qruplarında 1 dəfə dünya və yaxud qitə birinciliyinin qalibi və yaxud 2 dəfə dünya və yaxud qitə birinciliklərinin mükafatçılarını, 20 yaş qruplarında 1 dəfə dünya və yaxud qitə birinciliyinin qalibini hazırlamış məşqçi-müəllimlərə; idmançının ilk məşqçi-müəlliminə isə bu normativlər 2 dəfə yerinə yetirilməsi təqdirdə şamil olunur.
3.2.            Şahmat ya dama üzrə beynəlxalq qrossmeyster ya iki  beynəlxalq  usta  hazırlamış məşqçimüəllimlərə.
 
Qeyd: Məşqçinin fəxri ada layiq görülməsi üçün Olimpiya Oyunları proqramına daxil olmayan  idman növləri üzrə yarışlarda azı 20 ölkənin iştirakı və idmançının azı 12 ölkəni təmsil edən rəqibinin iştirakı vacibdir.
 
3.3.            Hərbi-tətbiqi və əlillər arasında keçirilən idman növləri üzrə məşqçi-müəllimlərin fəxri ada layiq görülməsi, Olimpiya Oyunlarının proqramına daxil olmayan idman növlərinə aid olan normalarla müəyyənləşdirilir.
3.4.            İdmançının keçiddən sonrakı 2 il ərzindəki nailiyyətləri birinci məşqçiyə şamil edilir. Bu zaman birinci məşqçinin Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını alması üçün onun idmançı ilə məşğulluq dövrü ən azı 3 il olmalıdır.
3.5.            Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adı Olimpiya Oyunları proqramına daxil olan idman növləri üzrə 1 idmançıya görə 2 məşqçi-müəllimə, Olimpiya Oyunları proqramına daxil olmayan idman növləri üzrə isə 1 idmançıya görə 1 məşqçi-müəllimə təqdim edilir.

 

Əməkdar Məşqçi – Təqdimat