Baxış sayı:
115
23 yanvar Sumqayıt şahmat məktəbində 18-ci Beynəlxalq Həlletmə Yarışı keçirildi. Yarışda Bakı və Sumqayıtdan 19 şahmatçı iştirak etdi. Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC) təşkilatçılığı ilə baş tutan yarışın maraqlıl tərəfi onun dünyanın bir çox ölkələrində eyni zamanda və eyni tapşırıqla keçirilməsidir. Turnirin direktoru Axel Steinbrink (Almaniya) bütün ölkələrdə olan nəticələri ümumi sıralama ilə vahid cədvələ toplayacaq. Azərbaycan üzrə nəzarətçi hakim İlham Əliyev (Sumqayıt) idi. Yarış adətən 3 kateqoriya üzrə keçirilir:
1-ci kateqoriya: təcrübəli həllçilər (hər biri 2 saat olmaqla 2 tur. Tapşırıqlar: 1 – ikigedişli, 1 – üçgediş-li, 1 – çoxgedişli, 1 – etüd, 1 – yardımmat və 1 – əks-mat məsələsi).
2-ci kateqoriya: reytinqi 2000-dən aşağı olan və reytinqi olmayan həllçilər (2 tur, hər biri 2 saat. Tapşı-rıqlar: 1 – ikigedişli, 1 – 3 gedişli, 1 – çoxgedişli, 1 –etüd, 1 – yardımmat və 1 – əks-mat məsələsi).
3-cü kateqoriya: 1 yanvar 2009-cu il tarixindən sonra doğulmuş gənc həllçilər (1 tur, 2 saat. Tapşı-rıqlar: 4 – ikigedişli, 1 – üçgedişli, 1 – etüd).
Müəyyən səbəblər üzündən bu dəfə də ölkəmizdə yarış yalnız 3-cü kateqoriyada (01.01.2009 tarixdən sonra anadan olmuş şahmatçılar) keçirildi. 6 tapşırıq 120 dəqiqə ərzində həll edilməli idi. Yarışda Bakı və Sumqayıtdan 19 şahmatçı iştirak etdilər. Selcan İsmayıl, Leyla Rzalı, Fuad Əliyev və Nihad Səlimov müsabiqədən kənar iştirak edirdilər.
Dünya üzrə yarışda 20 ölkədə 44 yarışda 603 şahmatçı iştirak etdi: 1-ci kateqoriyada 94, 2-ci kateqoriyada 166, 3-cü kateqoriyada 340 (qeyri rəsmi iştirakçılar da var). Daha ətraflı buradan tanış ola bilərsiniz: http://solving.matplus.net/isca?st=2&c=0&l=0
Yerli yarışımızda Rüstəm Rüstəmov (Sumqayıt) 30 mümkün xaldan 25 xal (60 dəq) toplayaraq 1-ci – dünya üzrə 22-ci, Ümid Allahverdi (Sumqayıt) 23 xalla (63 dəq) 2-ci – dünya üzrə 27-ci, İlknur Məmmədov (Sumqayıt) eyni xalla (113 dəq) 3-cü – dünya üzrə 28-ci, Elçin Şəkərəliyev (Sumqayıt) 22 xalla (110 dəq) 4-cü – dünya üzrə isə 31-ci oldu.
Qızlar arasında 1-ci 21 xalla (115 dəq) Fatimə Mirzəliyeva (Sumqayıt) – dünya üzrə 35-ci (qızlar arasında 8-ci), 2-ci 11 xalla (98 dəq) Leyla Mirzəliyeva (Sumqayıt) – dünya üzrə 94-cü (qızlar arasında 14-cü), 3-cü isə 10 xalla (103 dəq) Nuray Məmmədli (Sumqayıt) – dünya üzrə 105-ci (qızlar arasında 17-ci) oldu.
Bütün nəticələr yarışın direktoru Axel Steinbrink-ə (Almaniya) göndərildikdən sonra, o müxtəlif ölkələrin nəticələrini ümumi dünya sıralamasında qalibləri müəyyən etmək üçün vahid cədvəldə toplayıb. Kateqoriyalar üzrə qalibləri təqdim edirik.
1-ci kateqoriya
YER | ADI, SOYADI | ÖLKƏ | XAL | VAXT |
1 | Danila Pavlov | Rusiya | 60 | 155 |
2 | Anna Shukhman | Rusiya | 59 | 178 |
3 | Ural Khasanov | Rusiya | 59 | 211 |
2-ci kateqoriya
YER | ADI, SOYADI | ÖLKƏ | XAL | VAXT |
1 | Bogdan Zolotov | Rusiya | 60 | 224 |
2 | Anton Nasyrov | Rusiya | 58 | 188 |
3 | Nikolay Zhugin | Rusiya | 55 | 129 |
3-cü kateqoriya
YER | ADI, SOYADI | ÖLKƏ | XAL | VAXT |
1 | Taras Rudenko | Ukrayna | 30 | 38 |
2 | İvan Salnikov | Rusiya | 30 | 53 |
3 | Grigory Filin | Rusiya | 30 | 62 |