II beynəlxalq “Təhsil” kuboku

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş II beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək.

7-8 may 2021-ci il tarixlərində “Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş II beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək.

Yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək şahmatçıları iştirak edəcək. Yarış 2 mərhələdən ibarətdir: seçmə və final mərhələsi. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanır. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdir.

Dəvət olunmuş ölkələrin hər birindən 10-dək şahmatçı yarışa buraxılır. Azərbaycan şahmatçıları üçün say limiti nəzərdə tutulmur, lakin şahmatçılarımız aşağıdakı meyarlar üzrə yarışa buraxılır:

  • Dünya və Avropa birinciliklərinin medalçıları və ya mükafatçıları;
  • Azərbaycan birinciliklərinin medalçıları;
  • Beynəlxalq reytinqi 1700-dən yuxarı olan şahmatçılar;
  • 6 may 2021-ci il tarixində keçiriləcək əlavə milli seçmə mərhələdə ilk 20 yeri tutmuş şahmatçılar.

Yarışın keçirilməsində əsas məqsəd ümumilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.

Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.

Yarışın internet səhifəsi: https://www.itc2021.tehsilchess.az/

Yarışın əsasnaməsi: https://www.itc2021.tehsilchess.az/wp-content/uploads/2021/04/Esasname-Tehsil-cup-2021.pdf

Regulation ENG: https://www.itc2021.tehsilchess.az/wp-content/uploads/2021/04/Regulation-Tehsil-cup-2021.pdf