Onlayn Respublika şahmat turniri təxirə salındı.

Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş onlayn respublika şahmat turniri təxirə salındı.

Ölkədə internetin verilməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq 3-4 oktyabr 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan onlayn respublika şahmat turnirinin qeyri-müəyyən müddətə təxirə salınması qərara alınmışdır. Yarışın keçiriləcəyi yeni tarix müəyyənləşdikdən dərhal sonra məlumat paylaşılacaq.

Qeydiyyat üçün nəzərdə tutulan müddət yeni tarix elan olunanadək uzadılıb.