Onlayn respublika şahmat turniri keçiriləcək

3-4 oktyabr 2020-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının dəstəyi,“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə  əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək. Turnir www.chess.com internet portalı üzərindən onlayn formatda təşkil olunacaq.Turnir seçmə mərhələ və final mərhələsi olmaqla iki mərhələ üzrə keçiriləcək.

Beynəlxalq reytinqi 1799-dək olan şahmatçılar seçmə mərhələdə iştirak edəcək. Bu mərhələdə ilk 30 yeri tutmuş şahmatçı final mərhələsinə vəsiqə qazanır. Beynəlxalq reytinqi 1800-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsinə qoşulacaq.

Respublika şahmat turnirində ümumi hesabda ilk 3 yeri tutmuş şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplom və medalları ilə, birinci yeri tutmuş şahmatçılar isə əlavə olaraq kubokla mükafatlandırılacaq. Bundan əlavə, ən yüksək nəticə göstərmiş 3 qız şahmatçı və 12 yaşadək şahmatçılar arasında ilk üç yeri tutmuş şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunacaqdır.

Final mərhələsinin oyunlarının youtube üzərində canlı olaraq şərh olunması planlaşdırılır.

 

Yarış rəsmi xarakter daşıdığına görə şahmatçılar rəsmi sifariş əsasında yarışa buraxılırlar. Müstəqil iştiraka icazə verilmir. Şahmatçı təmsil olunduğu müəssisəyə müraciət edib adını rəsmi sifarişə yazdırmalıdır. Ətraflı məlumat üçün turnirin əsasnaməsi ilə tanış ola bilərsiniz.

Turnirin internet səhifəsi: www.tehsilchess.az/ad100

Turnirin əsasnaməsi: https://tehsilchess.az/wp-content/uploads/2020/09/Regulation- A.DJabrayilov-100.pdf

Video təlimat:  https://youtu.be/KiWv-pHghxg