Anım Gününə həsr olunmuş respublika şahmat turniri keçirilib.
27-29 sentyabr 2021-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş respublika şahmat turniri keçirilmişdir. Yarış “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər idman-şahmat məktəbində təşkil olunub. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 12 yaşadək şahmatçılar iştirak edib.
Ümumi hesabda Əhməd Xaqan 9 oyundan 8,5 xalla birinci olub. İsmayıl Süleymanlı 7.5 xalla ikinci, Tunar Davudov isə 7 xalla üçüncü yerin sahibi olub. Yekunda 3 yaş qrupunda 6 nominasiya üzrə qaliblər mükafatlandırılıb.
8 yaşadək qızlar arasında:
- Baxşızadə Əsnad (4 nömrəli İOEUGİŞM)
- Xəlilli Ayla (4 nömrəli İOEUGİŞM)
- Xəlilzadə Zəhra (Şirvan UGİŞM)
8 yaşadək oğlanlar arasında:
- Hümmətov Səfa (4 nömrəli İOEUGİŞM)
- Mustafa Muhammədəli (Gəncə 2 nömrəli UGİŞM)
- Əhədzadə Tural (Şirvan UGİŞM)
10 yaşadək qızlar arasında:
- İsmayılova Səlbinaz (3 nömrəli RİOEUGİŞM)
- Məhərrəmli Məryəm (Şirvan UGİŞM)
- Abdullayeva Nəzrin (Gəncə 2 nömrəli UGİŞM)
10 yaşadək oğlanlar arasında:
- Əhməd Xaqan (4 nömrəli İOEUGİŞM)
- İbrahimli Suad (4 nömrəli İOEUGİŞM)
- Qurbanov Hüseyn (Gəncə 2 nömrəli UGİŞM)
12 yaşadək qızlar arasında:
- Hüseynova Lalə (4 nömrəli İOEUGİŞM)
- İsmayılova Xanım (3 nömrəli RİOEUGİŞM)
- Abbaszadə Suada (3 nömrəli RİOEUGİŞM)
12 yaşadək oğlanlar arasında:
- Süleymanlı İsmayıl (3 nömrəli RİOEUGİŞM)
- Davudov Tunar (3 nömrəli RİOEUGİŞM)
- Mehdili Rəhman (11 nömrəli UGİM)
Yekun nəticələr: (Chess-results.com)