Məktəblilərin Respublika birinciliyi başa çatdı

Salyan rayonu Nizamı Gəncəvi adına 2 nömrəli tam orta məktəbin idman zalında keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi başa çatdı.Yarışların açılış mərasimində Təhsil Nazirliyinin idman sektorunun müdiri Hilal Salmanov, Salyan rayon İcra Hakimiyəti başçısının müavini Rəşad Cəbrayılov, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və idman içtimayyətinin nümayəndələri iştirak etdi. Çıxış edən natiqlər ölkəmizdə şahmat idman növünün inkişafına dövlət qayğısı, bu idman növünün şagirdlərinin İntellektual səviyyələrinin formalaşmasındakı rolu barədə geniş məlumatlar verdilər. Sonra Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin konsert proqramı təqdim edildi. Açılış mərasimindən sonra oyunlara start verildi. Final mərhələsində zona yarışlarında 6 yaş qrupu üzrə (6,8,10,12,14,16 yaş qrupu üzrə) oğlan və qızlar arasında I və II yeri tutmuş şahmatçılar, eyni zamanda finalda birbaşa oynamaq hüququ qazanmış yüksək reytinqli şahmatçılar mübarizə apardı.Ümumilkdə final mərhələsində 140 şahmatçı iştirak etdi. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin medal və diplomları ilə təltif edidi. Birinciliyin keçirilməsində əsas məqsəd göstərilən yaş qrupları üzrə mərkəzin yığma komandalarını müəyyən etmək, şahmatçıların oyun təcrübəsini artırmaq, onlar arasında dostluq əlaqələrini artırmaqdan ibarət idi.

Yarışların nəticələrini bu linkdən izləyə bilərsiniz: Salyan-2018