İki şahmatçımız Avropa çempionatında

Dekabrın 7-də Estoniyanın paytaxtı Tallində blits üzrə Avropa çempionatı olacaq.

Tehsilchess.az xəbər verir ki, ölkəmizi qitə çempionatında 2 şahmatçı – Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcəklər.

32 ölkədən 434 şahmatçının qatılacağı yarış İsveçrə sistemi üzrə keçiriləcək.