Şahmat üzrə açıq Avropa çempionatı təxirə salınıb.
Tehsilchess.az xəbər verir ki, buna dünyada geniş yayılmaqda olan koronavirus pandemiyası səbəb olub.
Mayın 18-29-da təşkil olunmalı yarış Sloveniyada keçirilməli idi. Lakin Sloveniya Şahmat Federasiyası və Avropa Şahmat İttifaqı qitə turnirinin dekabrın 8-dən 25-dək keçirmək barədə qərar qəbul ediblər.