Aydın Süleymanlı Monteneqroda liderdir

16-22 aprel 2021-ci il tarixlərində Monteneqroda keçirilən “Vladimir Bato Kontic” memorialında Aydın Süleymanlı turnir cədvəlinə liderlik edir.

“Elektroprivreda” Şahmat klubu və Monteneqro Şahmat Fedearasiyasının təşkilatçılığı ilə yarışda 10 ölkədən 22 şahmatçı, o cümlədən 6 qrossmeyster, 10 beynəlxalq usta və 2 FIDE ustası iştirak edir. 4 oyundan 3 xal toplayan Aydın Belçikalı Daniel Dardha ilə 1-2-ci yerləri bölüşür.

Yarış cədvəli: http://chess-results.com/tnr554141.aspx?lan=1