Aydın Süleymanlı növbəti qrossmeyster balını topladı

Xəbər verdiyimiz kimi, Aydın Süleymanlı Monteneqronun Niksiç şəhərində keçirilən “Vladimir Bato Kontic” memorialında iştirak edir. 8-cı turda Türkiyəli şahmatçı Şanal Vahab üzərində qələbə qazanan Aydın sona 1 turdan qalmış – 8 turdan sonra 2682 reytinq performansı ilə qrossmeyster normasını yerinə yetirib. Eyni zamanda turnir cədvəlinə başçılıq edən həmyerlimiz 8 oyundan 6 xalla vahid liderdir. Onun ən yaxın izləyiciləri 5,5 xalla amerikalı Niemann Hans Moke və monteneqrolu Krivokapic Markodur. Sonuncu turda Aydın qara fiqurlarla yerli Krivokapic Marko ilə qarşılaşacaq.

Qeyd edək ki, bu Aydının 2-ci rəsmi GM normasıdır. Ümumilikdə, 3 GM norması toplasa da onun 1 GM norması 7 turdan toplandığına görə nəzərə alınmayacaq.

Bu yarışın ardınca 23-29 aprel 2021-ci il tarixlərində “Niksiç Memorialı” keçiriləcək. Həmin yarışda da çıxış edəcək Aydının sonuncu – 3-cü qrossmeyster balını toplamaq şansı var. Ümid edirik ki, Aydın vətənə qrossmeyster kimi qayıdacaq.

Nəticələr: http://chess-results.com/tnr554141.aspx?lan=1

Əvvəlki xəbər: https://tehsilchess.az/aydin-suleymanli-monteneqroda-liderdir/