Aydından tarixi nəticə!

Fevralın 27-də Rusiyanın paytaxtı Moskvada ənənəvi “Aeroflot Open” şahmat festivalı başa çatdı. 

Tehsilchess.az Chess.az-a istinadən xəbər verir ki, dünən başa çatan mötəbər turnirdə qazanan Azərbaycan şahmatı oldu.  14 yaşlı Beynəlxalq usta Aydın Süleymanlı  son turda təcrübəli həmyerlisi Rauf Məmmədovla heç-heçə edərək mötəbər turniri birinci pillədə bitirdi. Aydının bu qələbəsi bütün dünyanın şahmat aləmini təcübləndirdi. Amma burada təcüblü bir şey yoxdur. Aydın son zamalar möhtəşəm yüksəliş dövrünü yaşayır. Ötən il Aydın 14 yaşlılar arasında Dünya Çempionu oldu, daha sonra isə Azərbaycan yığma komandasının heyərində 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi oldu. Görünür Aydını və Azərbaycan şahmatını yaxın zamanlarda daha böyük qələbələr gözləyir.  Turnir boyu yarışa liderlik edən və son turda Aydın Süleymanlı ilə heç-heçə edən təcrübəli Rauf Məmmədov  sonda üçüncü pillənin sahibi oldu. Daha bir gənc şahmatçımız Vüqar Əsədli də, yarışda inamlı çıxış edərək turniri 6-cı pillədə başa vurmağı bacardı. Bu nəticə Vüqar üçün də çox böyük uğur sayıla bilər.
Aydının Moskvadakı qələbəsi həmçinin onun turnirin tarixinə düşməsinə də səbəb oldu. Belə ki, Aydın “Aeroflot Open” festivalının əsas yarışını qazanan ən gənc şahmatçı olmaqla yanaşı, bu turnirdə qələbə qazanan ilk azərbaycanlı oldu.  

You May Also Like