4-cü Azərbaycan Kuboku

Şahmat bəstəçiliyi üzrə 4-cü Azərbaycan kuboku, 2019

 

   AŞF Şahmat bəstəçiliyi komissiyası şahmat bəstəçiliyi üzrə üzrə növbəti 4-cü Azərbaycan kubokunun nəticələrini elan edib. İki ildən bir olan kubok 6 bölmə üzrə (ikigedişli–#2, üçgedişli – #3, çoxgedişli – #N, etüdlər – +=, yardımmat – H#, əks-mat –S#) keçirilib. Hər müəllif hər bölməyə yalnız bir orijinal (heç yerdə dərc olunmamış) məsələ və ya etüd göndərə bilərdi. Kubokda birgə (şərikli) əsərlərin iştirakına icazə verilmirdi. Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndərilmişdi. 

 

4-cü Azərbaycan kubokunun hakimləri:

#2 (İkigedişli) – Valeri Kopıl (Ukrayna).

#3 (Uçgedişli) – Aleksandr Sıqurov (Rusiya).

#N (Çoxgedişli) – Aleksandr Melnicuk (Rusiya).

+= (Etüdlər) – İlham Əliyev (Sumqayıt, Azərbaycan).

H# (Yardımmat) – Gennadi Cumakov (Rusiya).

S# (Əks-mat) – Ivan Soroka (Ukrayna).

 

4-cü Azərbaycan kubokunun direktoru – İlham Əliyev (Sumqayıt) idi. Yarışda hakimlər yalnız qalib 1-3-cü yerləri müəyyən ediblər. Təltifə daxil olmayan digər məsələ və etüdlər müəlliflərə qaytarılıb və onlar həmin şahmat bəstələrindən digər yarışlarda istifadə edə bilərlər.

 

 Yarışın nəticələrini buradan yükləyə bilərsiniz:

http://ulvichess.az/chess-composition/996-ahmat-bstciliyi-uzr-4-cu-azrbaycan-kuboku-2019.html

 

You May Also Like