Beynəlxalq “Təhsil” kuboku – rəsmi elan

9-10 may 2020-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn Beynəlxalq “Təhsil” kuboku keçiriləcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnir 17 yaşadək şahmatçılar arasında təşkil olunacaq. Şahmatçılarımızdan yalnız yüksək reytinqli, dünya və avropa birinciliklərində medal qazanmış və onlayn Qran-pri turnirində final mərhələsinə qədər yüksəlmiş şahmatçılar iştirak edəcək. Ölkə şahmatçıları ilə yanaşı dünyanın bir çox ölkəsindən reytinqli şahmatçıların qoşulacağı turnir 2 mərhələdən ibarət olacaq: seçmə mərhələ və final mərhələsi. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.

Oyunların eyni zamanda canlı olaraq şərhi planlaşdırılır. Turnirin qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar. Daha ətraflı məlumat üçün turnirin əsasnaməsi ilə tanış ola bilərsiniz.

Turnirin internet səhifəsi: www.tehsilchess.az/itc2020

Əsasnamə: https://tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf