22 oktyabr – 01 noyabr 2021-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi (27-ci) Çiqorin Memorialı beynəlxalq şahmat turniri keçirildi. “Təhsil” RİM-in 12 şahmatçı ilə qatıldığı yarış şahmatçılarımız üçün uğurlu başa çatıb. Murad İbrahimli (Sumqayıt 2 nömrəli UGİŞM) 9 oyundan 6,5 xalla ümumi hesabda mükafatçılar arasında yer tutmağı bacardı və müvafiq pul mükafatının sahibi oldu.
4 nömrəli İOEUGİŞM-in yetirməsi olan Şiroğlan Talıbov (4 nömrəli İOEUGİŞM) 2200 reytinqədək şahmatçılar arasında 3-cü yerin sahibi oldu. O, eyni zamanda reytinq əmsalını 116 vahid artırmaqla 2300-lük reytinq limiti keçdi və Fide Ustası (FM) titulunu qazandı.
Yarışda iştirak edən şahmatçılarımızın əksəriyyəti beynəlxalq reytinqlərini artırmağa müvəffəq oldular. Bu baxımdan Tunar Davudov (3 nömrəli RİOEUGİŞM) və Cahandar Azadəliyev (HİRŞDK) xüsusilə fərqlənir. Belə ki, Tunar öz reytinq göstəricisini 150, Cahandar isə 146 vahid artırıb. Bundan əlavə, Aysel Cəfərova (3 nömrəli RİOEUGİŞM) 84, Şahin Vəliyev (4 nömrəli İOEUGİŞM) 50, Ümid Aslanov (3 nömrəli RİOEUGİŞM) 19, Elmar Atakişiyev 17, Səbinə Rzalı (Sumqayıt 2 nömrəli UGİŞM) 9, Ayan Allahverdiyeva (4 nömrəli İOEUGİŞM) 6, Xəzər Babazadə (Biləsuvar UGİŞM) 2 vahid öz reytinqini yaxşılaşdırıb.
Yalnız Nail Bəşirli (4 nömrəli İOEUGİŞM), Mələk İsmayıl (Sumqayıt 2 nömrəli UGİŞM) və Kamal İsfəndiyarlının (3 nömrəli RİOEUGİŞM) çıxışı istənilən kimi alınmadı. Onlar müvafiq olaraq 24, 50, 20 vahid reytinq itiriblər.
Qeyd edək ki, turnirin qalibi adını Aleksey Fyodorov qazandı. 2-ci yerə Denis Xismatullin, 3-cü yerə isə Seygey Lobanov layiq görüldü.
Yarış haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linklərdən istifadə edin:
Yarışın internet səhifəsi: www.spbchesstournaments.com
Nəticələr: https://chess-results.com/tnr586576.aspx?lan=11&art=1&rd=9