COVID-19 Şahmat Bəstəçiliyi yarışlarını təxirə saldı

Məlum səbəblərə görə (COVID-19) aprel ayında keçirilməsi planlaşdırılan şahmat bəstəçiliyi yarışları təxirə salındı.

Bu barədə məlumatı AŞF-nin şahmat bəstəçiliyi komissiyasının sədri İlham Əliyev özünün facebook səhifəsində qeyd edib.

1) 4-5 aprel Şahmat Həlletməsi 41-ci Azərbaycan çempionatı – əlavə məlumat veriləcək, may-iyun aylarında keçirilməsi nəzərdə tutulub.

2) Şahmat Həlletməsi 15-ci Avropa çempionatı, Ukrayna, Poltava şəhəri – 2021-ci ilə keçirildi.

3) Ümümdünya 44-cü Moskva Şahmat Olimpiadası gələn ilə keçirildiyi üçün bu yarışa həsr olunmuş şahmat bəstəçiliyi yarışı da gələn ilə keçirildi. Yarışa göndərilmiş bütün şahmat bəstələrinin qeydiyyatı ləğv olunur. Müəlliflər əsərlərində istədikləri kimi istifadə etmək hüququna malikdirlər.

Ancaq şad xəbər də var. Virusun tüğyan etdiyi dövrdə 8-ci FİDE Dünya kuboku elan edilib. Evdən çıxmadan rahatca bu yarışda iştirak edə bilərsiniz:

İngilis – https://www.wfcc.ch/competitions/composing/fidewcc_2020/

Rus – https://ru-chess-art.livejournal.com/447916.html