Dərəcə normativləri

Kişilər və qadınlar

 

İU – Kişilər (qadınlar) arasında ölkə çempionatında qalib gəlmək; AŞF-nın təsnifat komissiyasının (TK) təsdiq etdiyi (aşağıda göstərilən cədvəl üzrə) normanı yerinə yetirmək – bu zaman və ya normanı yerinə yetirdiyi andan 2 il müddətində fərdi əmsalı (FƏ) 2300 (kişilər) və 2150 (qadınlar) olmalıdır:

 

Yarışın

Kateqoriyası

Fərdi əmsal

Norma üçün lazım olan xalların miqdarı (%-)

Kişilər

Qadınlar

1

2301-2325

2101-2125

67

2

2326-2350

2126-2150

64

3

2351-2375

2151-2175

61

4

2376-2400

2176-2200

58

5

2401-2425

2201-2225

55

6

2426-2450

2226-2250

52

 

1.    İU adı norma yerinə yetirildiyi andan 2 il ərzində 2-ci dəfə yerinə yetirilərsə və ya FƏ 2300 (kişilər) və 2125 (qadınlar) olduqda İU adı verilir.

2.    Qadınlar kişilərin turnirində qəbul edilmiş normanı yerinə yetirdikdə onlar uyğun ad və dərəcələri (qadınlar arasında) almaq hüququna malikdirlər.

3.    İU normativi kəsrlə olarsa, o, yaxın yarım xala qədər yuvarlaqlaşdırılır.

4.    İU normativinın təyin olunması üçün yarışda ən çoxu iki I dərəcəli şahmatçı iştirak edə bilər.

İUN – AŞF TK tərəfindən təsdiq edilmiş normanı yerinə yetirmək və bu zaman və ya norma yerinə yetirildikdən sonra 2 il müddətində FƏ 2200 (kişilər) və 2000 (qadınlar) olduqda.

 

Yarışın

kateqoriyası

Fərdi əmsal

Norma üçün lazım olan xalların miqdarı (%-)

Kişilər

Qadınlar

1

2151-2176

1951-1975

67

2

2176-2200

1976-2000

63

3

2201-2225

2101-2025

59

4

2226-2250

2026-2050

55

5

2251-2275

2051-2075

51

6

2076-2300

2076-2100

48

 

Qeyd: Əgər İUN normativi müəyyən olunduqda kəsrlə alınarsa, onda o, ən yaxın yarım xala qədər yuvarlaqqlaşdırılır. İUN norması yalnız rəsmi Azərbaycan çempionatları, birincilikləri və turnirlərində, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan MR çempionatlarında müəyyən edilə bilər.

  I, II   idman dərəcələri qazanmaq üçün xalların 75 faizini toplamaq və əmsalı müvafiq olaraq 2, 3 olan turnirlərdə 1-ci yeri tutmaq lazımdır. III dərəcə toplamaq üçün əmsalı 4  olan turnirdə xalların 70 faizini toplamaq və ya 1-ci yeri tutmaq, IV dərəcə toplamaq üçün əmsalı 5 olan turnirdə xalların 60 faizini toplamaq və ya 1-ci yeri tutmaq lazımdır.

 

 

 

Kəsirli əmsalı olan turnirlər üçün norma (görüşlərin sayına görə faizlər)

aşağıdakı cədvəl üzrə müəyyənləşdirilir:

 

Birinci bölmə

İkinci bölmə

Turnir əmsalı

Ə(t)

Dərəcələr

Turnir əmsalı

Ə(t)

IV dərəcə

Norma (%-)

I (II – III)

II (III – IV)

Norma (%-)

1.00

50

30

4.00

50

1.01-1.10

53

32

4.01-4.10

51

1.11-1.20

55

34

4.11-4.20

52

1.21-1.30

58

36

4.21-4.30

53

1.31-1.40

60

38

4.31-4.40

54

1.41-1.50

63

40

4.41-4.50

55

1.51-1.60

65

42

4.51-4.60

56

1.61-1.70

68

44

4.61-4.70

57

1.71-1.80

70

46

4.71-5.80

58

1.81-1.90

73

48

4.81-4.90

59

1.91-2.00

75

50

4.91-5.00

60

 

 Qeyd: Turnirin əmsalı 2.00-dən 3.00-ə qədər, yaxud 3.00-dən 4.00-ə qədər olduqda birinci bölmədə vergüldən sonra müvafiq rəqəm yazılmış sətri tapmaq lazımdır. Onda ikinci üçüncü sütunlarda ya II III, ya da III IV dərəcələr üçün müvafiq normalar müəyyənləşdirilir.

Əmsal 1.00-dan az olduqda üçüncü sütünda I dərəcə üçün norma müəyyənləşdirilir.

        4. Turnir əmsalını müəyyənləşdirmək üçün aşağıdakı göstəricilər tətbiq olunur: dərəcəsiz – 5, IV, III, II, I dərəcələr müvafiq surətdə  4, 3, 2, 1, İUN – 0, İU – 1. Hər dərəcədən olan iştirakçıların sayı həmin dərəcənin göstəricisinə vurulur. Alınan hasillər toplanır cəm turnir iştirakçılarının sayına bölünür.

Misal: Məsələn 2 I d, 5 – II d, 3 III d 6 – IV dərəcəli şahmatçının iştirak etdiyi turnirin əmsalı belə müəyyənləşdirilir:

(2x1+5x2+3x3+6x4):16=281 (bölünmədə vergüldən sonra iki işarə götürülür. Əgər üçüncü işarə 5 ya daha çoxdursa onda 2-ci işarəyə vahid artırılır).

2.81 əmsalını birinci bölmədə aşağıdan II sətirdə tapırıq. İkinci sütunda müəyyən edirik ki, II dərəcə almaq üçün mümkün xalların 73 %, yəni 10,95 yuvarlaqlaşdırılmaqla 11 xal toplamaq lazımdır. III d üçün (3-cü sütünda) 48%, yəni 7.2 yuvarqlaşdırlmaqla 7 xal toplamaq lazımdır  (xalların dörddə biri və daha çoxu 0,5 kimi qəbul olunur, az hissə isə atılır).

İsveçrə sistemi üzrə keçirilən yarışlarda və komanda yarışlarında turnir əmsalı hər bir iştirakçı üçün onun rəqiblərinin əmsalının orta səviyyəsi üstəgəl onun özünün əmsalı kimi müəyyənləşdirilir.

 
Fərdi əmsallar () sistemi

 

1.    1993-cü ilin yanvar  ayının 1-dən etibarən bütün şahmat yarışlarında iştirak edən şahmatçılar üçün FƏ hesablanır.

2.    Şahmatçı üçün FƏ olaraq Beynəlxalq və ya milli əmsallarından ən yüksək olanı qəbul edilir.

3.    Beynəlxalq əmsala (reytinqə) malik şahmatçılar üçün FƏ kimi onların 01.01.93-cü il tarixinə malik oludqları ELO əmsalları götürülür: Digər dərəcələr üçün ilkin FƏ aşağıdakı kimi müəyyən edilir.

 

 

 

Dərəcə

Kişilər

Qadınlar

İUN

2200

2000

1 dərəcə

2000

1850

 

4.    TK tərəfindən ölkədə keçirilən bütün rəsmi yarışlarda (dairəvi sistem üzrə ən azı 11 tur, İsveçrə sistemi üzrə – 9, komanda yarışlarında – 7 tur oynanılmalıdır) hesablanır.

5.    Şahmatçının fərdi əmsalı aşağıdakı hallarda azaldılmır:

a)    I yeri tutduqda (digər şahmatçılarla bölüşdürmədən) matçı udduqda

 

b)    FİDE tərəfindən hesablanan yarışlarda 1-ci yeri bölüşdürdükdə:

 

v) FƏ 2550 (kişilər) və 2450 (qadınlar) çox olan beynəlxalq qrossmeysterlər şəhər, vilayət, KİC və bu miqyaslı yarışlarda iştirak etdikdə.

 

6.    Yarışın kateqoriyası FƏ-ların orta qiymətinə görə müəyyən edilir.

7.    Yarışda FƏ hesablanması üçün Təşkilat Komitəsi yarışların başlanmasına ən azı 3 gün qalmış AŞF TK sifariş vərəqini təqdim etməli və TK bu yarışda idman dərəcə və adlarının yerinə yetirmə normativinı müəyyən etməlidir.

8.    Bütün yarışların Təşkilat Komitələri yarış qurtardıqdan ən geci bir ay müddətində yarış cədvəlinin bir nüsxəsini FƏ hesablanması üçün AŞF TK təqdim etməli və bu zaman uyğun maliyyə xərclərini AŞF – nin hesabına köçürməlidir.

9.    Şahmatçılar fərdi olaraq qeyri-rəsmi turnirlərdə çıxış etdikdə yarış cədvəlini (fərdi vərəqi) 1 aydan gec olmayaraq AŞF TK təqdim etməlidir. Əks təqdirdə onun FƏ hər bir yarış üçün (nəticəsi təqdim edilməmiş) 30 vahid azaldılır.

 

Dərəcə tələblərinin yerinə yetirilməsi şərtləri

 

1.    İU, İUN və 1-ci dərəcə idman normativi yalnız AŞF TK tərəfindən müəyyən edilir və TK arayışı əsasında  verilir.

2.    İU normativinın yerinə yetirilməsi üçün dairəvi sistem üzrə ən azı 11, İsveçrə sistemi üzrə 9, komanda yarışlarında 7 tur oynanılmalıdır. Bu zaman ən azı 6 İU və yaxud daha yüksək ad sahibləri ilə oynamaq lazımdır. İU normativinın təyin edilməsi üçün turnir iştirakçılarının FƏ orta qiymətlə ən azı 2301 (kişilər) və 2101 (qadınlar) olmalıdır.

3.    İUN normativinı müəyyən etmək üçün dairəvi sistem üzrə turnirlərdə ən azı 11, İsveçrə sistemi üzrə 9 və komanda yarışlarında 7 görüş oynamaq lazımdır. Bu vaxt ən azı 6 görüşü həmin ad sahibləri ilə oynamaq lazımdır. İUN normativinın təyin edilməsi üçün turnir iştirakçılarının orta FƏ 2151 (kişilər) və 1951 (qadınlar) olmalıdır.

4.    III və daha yüksək dərəcə almaq üçün yarışlarda şahmat saatlarının olması və görüşlərin yazılması vacibdir. İU, İUN və 1 d. normativləri oyunun aşağıdakı sürəti olan reqlamentdə təyin olunur.

 

İU normativi üçün

20 gedişə ən azı 1 saat

İUN normativi üçün

24 gedişə ən azı 1 saat

1 dərəcə normativi üçün

25 gedişə 1 saat

 

Əmsalı 2.01 daha çox turnirlərdə görüş üçün hər bir oyunda 1 saat vaxt verilir. Gündə ən çoxu iki görüş keçirilir.

 

5.    Şahmatçının eyni vaxtda birdən çox şəxsi yarışda oynamaq hüququ yoxdur (qiyabi yarışlardan başqa)

6.    Şahmatçı fərdi əmsal aldıqdan sonra (I dərəcə daha yuxarı idman dərəcələri) idman dərəcəsini hər il təsdiq etmir.

 

 

Şahmat bəstəçiliyi

1.Şahmat bəstələrinin tərtibi üzrə

 

İU – FİDE (PCCC) şəxsi və komanda Dünya çempionatında 1-5-ci yerləri tutmaq, Ölkə çempionatlarında istənilən bölmədə 1-ci yeri tutmaq, istənilən beynəlxalq yarışda 1-3-cü yeri tutmaq və FİDE albomuna daxil olmaqla yuxarıda göstərilən hesabata görə 100 xal toplamaq;

İUN – Ölkə çempionatında 2-3-cü yeri tutmaq, istənilən beynəlxalq yarışda mükafat, fəxri rəy almaqla aşağıda göstərilən hesabat üzrə nəşr olunmuş bəstələrə görə 50 xal toplamaq- mükafat almış bəstəyə görə-5 xal, fəxri rəy – 3 xal, tərifnamə-2 xal, xarici şahmat və ya şəhmat bəstəliçiliyi curnalında nəşrə görə-1 xal.

I idman dərəcəsi  – istənilən respublika miqyaslı müsabiqədə 1-3-cü yeri tutmaq və ya fəxri rəy almaq, istənilən beynəlxalq yarışda fərqlənmə almaq;

II  idman dərəcəsi  – istənilən müsabiqədə ən azı tərifnamə almaq;

III idman dərəcəsi  –  10 – dan az olmayaraq bəstə nəşr etdirmək;

Qeyd: 1. İstənilən komandalar arası yarış (FİDE yarışlarından başqa) səviyyəsinə görə 

            ölkə çempionatına bərabər sayılır.

                    2. Dərəcə və adların alıınması üçün İUN – 15 və İU-25 bəstədən ibarət   

                        yaradıcılıq hesabatı təqdim etməlidir.

 

1.    Şahmat bəstələrinin əyani həlli üzrə

 

İUƏyani həll üzrə ölkə çempionatında qalib gəlmək; FİDEnin (PCCC) komanda şəxsi çempionatında 1-5-ci yerləri tutmaq;

İUN– Əyani həll üzrə ölkə çempionatında 2-3-cü yerləri tutmaq; FİDE-nin komanda və şəxsi çempionatında 1-10-cu yerləri tutmaq;

I idman dərəcəsi –  Əyani həlli üzrə ölkə çempionatında 75 faizdən az olmayaraq xal toplamaq; həll üzrə istənilən müsabiqədə 3 dəfə qalib gəlmək;

II idman dərəcəsi – Şahmat bəstələrinin həlli üzrə keçirilən istənilən müsabiqədə 75 faizdən az olmayaraq bəstə həll etmək; həll üzrə istənilən müsabiqədə qalib gəlmək.

 

III idman dərəcəsi – Şahmat bəstələrinin həlli üzrə keçirilən istənilən müsabiqədə 50 faizdən az olmayaraq, bəstə həll etmək.