5-6 dekabr 2020-ci il tarixlərində Karabakh is Azerbaijan! (Qarabağ Azərbaycandır!) beynəlxalq onlayn şahmat turniri keçiriləcək. Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunur.
17 yaşadək şahmatçılar arasında keçiriləcək yarış 2 mərhələdən ibarətdir: seçmə və final. Seçmə mərhələdə Azərbaycanın məktəbli şahmatçılarından 50, digər ölkələrin hər birindən isə 10 sayda şahmatçı iştirak edəcək. Bu mərhələ üzrə ilk 30 yeri tutmuş şahmatçı final mərhələsinə vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.
Ümumi mükafat fondu 2.000$ olan yarışın “youtube.com” üzərindən canlı olaraq şərh olunması planlaşdırılır.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasıdır.
Turnirin internet səhifəsi: www.tehsilchess.az/karabakh2020
Turnir haqqında ətraflı məlumatlarla 3 dildə hazırlanmış əsasnamələrdə tanış olmaq olar:
AZE: https://tehsilchess.az/wp-content/uploads/2020/04/AZ-Karabakh-is-Azerbaijan-Regulation.pdf
ENG: https://tehsilchess.az/wp-content/uploads/2020/04/EN-Karabakh-is-Azerbaijan-Regulation.pdf
RUS: https://tehsilchess.az/wp-content/uploads/2020/04/RU-Karabakh-is-Azerbaijan-Regulation.pdf
Turnir haqqında video təqdimatlar:
AZE: https://youtu.be/yHdbgos0DjM
ENG: https://youtu.be/z6yenl7UJy0
RUS: https://youtu.be/T330nPTgEH4