ESCC-2017-dən 6 medal!

10-20 iyun 2017-ci il tarixlərində Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionat başa çatdı.Çempionatda ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçı iştirak etdi. “Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazandı. Belə ki, komandanın üzvləri Bəşirli Səadət (Gəncə şəhər UGŞM) 7 yaşadək qızlar arasında, Tahirova Sevil (Quba rayon İOEUGŞM) 15 yaşadək qızlar arasında, Mehrəliyev Sahil (Sumqayıt şəhər UGŞM) 15 yaşadək oğlanlar arasında gümüş medal, İsmayılova Xanım (RİOEUGŞM) 7 yaşadək qızlar arasında, Məmmədov Ziya (RİOEUGŞM) 7 yaşadək oğlanlar arasında, Əhədzadə Kənan (Lənkəran şəhər UGŞM) 17 yaşadək oğlanlar arasında bürünc medal qazandılar.

Yarışın nəticələrinə bu linkdən izləyə bilərsiniz: ESCC-2017