ESCC-2019-dən 4 medal!

31 may – 8 iyun tarixlərində Rumuniyanın Mamaia şəhərində keçirilən Məktəblilərin Avropa çempionatında Azərbaycan şahmatçıları uğurlu çıxış etmişlər. 20 ölkədən 445 şahmatçının qatıldığı yarış şahmatımız üçün qazanılan 4 medalla əlamətdar oldu.

Yusif Kərimli (Şəki UGİŞM) 9 oyundan 9 xallıq möhtəşəm nəticə ilə 9 yaşadək oğlanlar arasında məktəblilərin Avropa çempionu oldu. Həmin yaş qrupunda çıxış edən digər təmsilçimiz-Rafael Bayramlı (3 nömrəli RİOEUGİŞM) isə 3-cü yerlə turnirin bürünc mükafatçısı oldu. 9 yaşadək qızlar arasında Xanım İsmayılova (3 nömrəli RİOEUGİŞM) yalnız sonuncu turda məğlub olaraq çempionluğu əldən verdi və bürünc medalla kifayətlənməli oldu. Çox sevindirici haldır ki, bu yarışda ilk dəfə çıxış edən Naxçıvan şahmatçıları da vətənə medalsız dönmür. Məmmədov Sadiq 3-cü olaraq 17 yaşadək oğlanlar arasında məktəblərin avropa çempionatında bütünc medala layiq görülüb.

Medalçılardan əlavə, Babayev Yusif (3 nömrəli RİOEUGİŞM) və Allahverdi Ümid (2 nömrəli Sumqayıt UGİŞM) yarışı yüksək səviyyədə oynamalarına baxmayaraq yalnız əlavə əmsallara görə müvafiq olaraq 4 və 5-ci yerləri tutmuşlar.

Bütün qalibləri, onların məşqçi-müəllimlərini və təmsil olunduqları müəssisələrin kollektivini təbrik edir və daima ölkəmizin adını beynəlxalq arena belə yüksək tutmağı arzu edirik!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir