Avropa çempionatından 5 medal!

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə yığma komandası Məktəblilərin Avropa Çempionatında uğurlu çıxış etdi. 25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində şahmatçılarımız 1 qızıl, 1 gümüş, 1 bürünc olmaqla 3 medal qazanıb.

17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən 11 №-li UGİM-nin idmançısı Aqil İsrailov çempionatın qızıl medalına sahib çıxdı. Aqil 9 oyundan 7,5 xal toplayan 1-ci oldu. 13 yaşadək qızlar kateqoriyasında çıxış edən Gənçə şəhər 2 №-li UGİŞM-nin idmançsı Səadət Bəşirli Məktəblilərin Avropa Çempionatının gümüş medalçısı oldu. 7 oyundan 5 xal toplayan Səadət turnir cədvəlində 2-ci oldu. 15 yaşadək qızlar kateqoriyasında çıxış edən Sumqayıt şəhər 2 №-li UGİŞM-nin idmançısı Nurtən Nuriyeva bürünc medala sahib çıxdı. 8 oyundan 6 xal toplayan Nurtən turnir cədvəlində 2-ci oldu.

Ölkəmizi təmsil edən Naxçıvan şahmatçıları da uğurlu çıxış etdi. Belə ki, 9 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Yasin Əzimov qızıl, Mirsaleh Seyidli isə gümüş medalın sahibi oldu. 17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Seyid Hüseyn isə 4-cü yerlə, G17 kateqoriyasında çıxış edən Nazlı Hümbətova isə 5-ci yerlə mükafatçılar sırasına düşməyi bacardı.

 

Bütün şahmatçıları təbrik edirik!