FİDE Namizədlər turniri 16 martda Yekaterinburqda start götürür

FİDE namizədlər turniri 16 mart 2020-ci il tarixdə Rusiyanın Yekaterinburq şəhərində rəsmi olaraq açılacaqdır. İlin ən əhəmiyyətli şahmat yarışlarından biri, bu ilin sonunda keçiriləcək FİDE-nin Şahmat üzrə Dünya çempionu adı uğrunda matçda Maqnus Karlsenə rəqib olmaq üçün mübarizə aparan dünyanın səkkiz ən yaxşı oyunçusunu bir araya gətirəcəkdir.

Turnirin iştirakçıları Fabiano Karuana (ABŞ), Dinq Liren (Çin), Vanq Hao (Çin), Aleksandr Qrişuk (Rusiya), Yan Nepomniyaşhi (Rusiya), Kirill Alekseenko (Rusiya), Aniş Qiri (Hollandiya) və Teymur Rəcəbovun (Azərbaycan) yarışdan imtinasından sonra onu əvəz edən Maksim Vaşye Laqrev (Fransa).

Səkkiz oyunçu iki dövrədə dairəvi sistem üzrə oynayacaq (14 tur). Turlar 17 mart – 3 aprel arasında keçiriləcək.

Açılış Mərasimi: Turnirin rəsmi açılışı martın 16-da, saat 19.00-da Konqres Mərkəzində – Ekaterinburg Expo-da (Ünvan: Expo Bulvarı, 2) keçiriləcəkdir. Mərasim başlamazdan əvvəl, saat 18.15-18.45 arasında media mənsubları rəsmi şəxslər və iştirakçılarla görüşə biləcəklər.

Yarış: Oyunlar Hyatt Regency otelində (Ünvan: Borisa Yeltsina küçəsi 8) 17 mart – 3 aprel tarixlərində keçiriləcək. Birinci tur yerli vaxtla saat 4-də başlayacaq (günorta CET; 4 AM PST). Birinci turun qarşılaşmaları bunlardır: M.Vaşye-Laqrev – F. Karuana; Dinq Liren – Vang Hao; A.Qiri – Y.Nepomniyaşi; A.Qrişuk – K.Alekseenko.

Oyunlar aşağıdakı tarixlərdə keçiriləcək: 17-19 mart; 21-23 mart; 25-27 mart; 29-31 mart, 2 mart – 3 aprel. İstirahət günləri: 20, 24, 28 və 1 aprel. Oyunlar yerli vaxtla hər gün 15.00-da başlayacaq. Yalnız sonuncu tur istisna olmaqla, 14-cü tur 3 aprel tarixində yerli vaxtla 16.00-da olacaq.

Bağlanış mərasiminin aprelin 3-də saat 21.30-da Sima-Land-da (Ünvan: Çernyaxovski küçəsi, 86, bina 8) baş tutması planlaşdırılır.

Mükafat fondu: Tədbirin mükafat fondu 500.000 avrodur. Bu, Namizədlər Turnirinin indiyədək olan ən böyük mükafat fondudur.

Şərh: Oyunlar ingilis, rus və çin dillərində canlı şərh olunacaq. Canlı yayım yarışın rəsmi saytının əsas səhifəsində olacaq: https://en.candidates-2020.com/main.

İngilis dilində şərhi FİDE-nin fəxri vitse-prezidenti Judit Polgar, GM Daniel Kinq və GM Yevgeni Miroşniçenko edəcəklər. Rus dilində şərhi GM Sergey Şipov həyata keçirəcək. Çin dilində şərhçilər sabiq dünya çempionu Hou Yifan və üçqat Çin çempionu və 14 qat Hollandiya çempionu Peng Zhaoqing olacaq.

Hyatt Otelindəki məkana gələn tamaşaçılar GM Sergey Shipovun canlı şərhini dinləyə biləcəklər.

Əlavə tədbirlər: Namizədlər Turniri çərçivəsində yerli ictimaiyyət üçün şahmatın təbliğinə dair əlavə tədbirlər həyata keçiriləcək.

16 Martda “Karpov Blits Kuboku”, sonra U-9, U-11, U-13 və U-15 kateqoriyalı oğlan və qızlar üçün Rusiya sürətli Şahmat Kuboku keçiriləcəkdir. Martın 17 və 18-də Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev kuboku keçiriləcəkdir.

Ayrıca, 12-ci Dünya çempionu Anatoli Karpovun imza günü, Rusiya Şahmat Federasiyasının Şahmat Muzeyindəki eksponatlarının təqdimatı da planlaşdırılır.

Sağlamlıq və təhlükəsizlik: Aşağıdakı sağlamlıq və təhlükəsizlik tədbirləri qüvvədə olacaq:

  1. Turnirin bütün iştirakçıları, rəsmi şəxslər və auditoriyada olan qonaqlar üçün ixtisaslı tibb bacısı ilə təmin olunmuş yoxlama məntəqəsi yaradılacaqdır. Bu zaman ziyarətçilər oyun otağına girməzdən əvvəl Covid-19 əlamətləri, o cümlədən bədən istiliyi yoxlanılacaqdır.
  2. Spirt əsaslı əl sanitariya vasitələri hər zaman mövcud olacaqdır.
  3. N95 üz maskaları həmişə lazımi miqdarda mövcud olacaqdır. Vəziyyətin qiymətləndirilməsindən asılı olaraq maskaların geyilməsi salonda olanlar üçün məcburi ola bilər.
  4. Oyundan əvvəl və sonra əl dəyişdirmə isteğe bağlıdır.
  5. Məkana gələn tamaşaçılar oyun zonasına daxil olmayacaqlar.
  6. Profilaktik tədbirlər (maskalar, dezinfeksiyaedici maddələr) iştirakçıların və rəsmilərin yerləşəcəyi bütün otel otaqlarında, həmçinin yarış müddətində istifadə olunan bütün nəqliyyat vasitələrində də təmin edilməlidir.

Tələblərdən asılı olaraq digər profilaktik tədbirlər təyin edilə bilər.

Media: Kamera qruplarına və fotoqraflara hər tur üçün ilk beş dəqiqə müddətində oyun salonunda fəaliyyət göstərmələrinə icazə verilir. Fotoqrafların və kamera qruplarının oyun zonasında olma müddəti FİDE qaydalarına və Baş hakimin qərarlarına tabedir.

Tədbir müddətində bütün media qurumları FİDE-nin rəsmi fotolarını pulsuz əldə edə biləcəklər.

Müvafiq linklər və əlaqə:

Rəsmi veb sayt: https://en.candidates-2020.com/

FİDE veb saytı: https://www.fide.com

Sverdlovsk vilayətinin Şahmat Federasiyası: http://www.ural-chess.com

Tərəfdaşlar haqqında məlumat: https://en.candidates-2020.com/partners

Mətbuat sorğuları: press@fide.com

You May Also Like