İdman Hakimləri haqqında

Ə S A S N A M Ə

Ümumi qaydalar

Müvafiq hazırlığa malik olan, yarışların hakimliyində könüllü olaraq iştirak etmək həvəsində olan Azərbaycan vətəndaşları idman hakimi ola bilərlər. İdman hakiminə etibar edilən yarışın miqyası onun hazırlıq səviyyəsindən təcrübəsindən asılıdır.

İdman hakimi yarışları idarə edən zaman obyektiv olmalı, yarış qaydalarını gözləməli, yarış zamanı idmançıların əxlaqi etika qaydalarına riayət etmələrinə nəzarət etməli, hər cür intizamsızlıq hallarına, kobudluğa, qeyrietik idman hərəkətlərinə qarşı barışmaz mövqedə durmalıdır.

İdman hakimlərinin təsnifatı

İdman hakimləri üçün aşağıdakı dərəcələr müəyyən edilir:

          İdman hakimi;

          I dərəcəli hakim;

          Respublika dərəcəli hakim.

Hakimlik dərəcəsinin verilməsi qaydaları

Hakimlik dərəcəsinin verilməsi aşağıdakı təşkilatlar tərəfindən həyata keçirilir:

İdman hakimiUGİMlər, idman yönümlü təşkilatlar tədris müəssisələri tərəfindən;

I dərəcəli hakimNaxçıvan MRnın Gənclər və İdman Nazirliyi, şəhər rayon Gənclər və İdman (Baş) idarələri, respublika miqyaslı idman cəmiyyətləri tərəfindən;

Respublika dərəcəli hakim adıAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarına əsasən verilir.

Hakimlik dərəcəsinə təqdim olunmuş şəxsin namizədliyinə idman növləri üzrə federasiyaların hakimlərin kollegiyaları tərəfindən baxılır onların təqdimatı əsasında bədən tərbiyəsi idman təşkilatları tərəfindən təsdiq edilir. İdman hakimi I hakimlik dərəcəsinin verilməsi aşağıdakı qaydada sənədləşdirilir.

Hakimlik dərəcələrinin verilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

İdman hakimi I dərəcəli idman hakimi dərəcələrinin verilməsi üçün müvafiq növ üzrə idman hakimləri kollegiyası yığıncağının protokolu, 3x4 sm. ölçüdə iki fotoşəkil, hakimlik etdiyi yarışların arayışı;

Respublika dərəcəli hakim adının verilməsi üçün müəyyən olunmuş qaydada təqdimat, idman hakiminin qeydiyyat kitabçası, 3x4 sm ölçüdə iki fotoşəkil sənədləri təqdim edən təşkilatın müraciəti;

Hakimlik dərəcələrinin verilməsi tələbləri

Hakimlik dərəcələri aşağıdakı tələbləri yerinə yetirdikdə verilir:

İdman hakimi – hakimlik seminarlarında iştirak etmiş və imtahan vermiş, ən azı üç il hakimlik stajı olan və müvafiq idman növü üzrə bədən tərbiyəsi kollektivlərində, idman klublarında, rayon, şəhər birinciliklərində hakim simasında ən azı 5 yarışda hakimlik etmiş şəxslərə verilir;

I dərəcəli idman hakimi – idman hakimi dərəcəsi olan və həmin dərəcəni aldıqdan sonra ən azı iki il hakimlik stajı qazanan, rayon və ya şəhər miqyaslı ən azı 5 yarışda Baş hakim və ya Baş katib vəzifəsində olmuş, eləcə də idman hakimlərinin hazırlanması seminarlarının keçirilməsində iştirak etmiş şəxslərə verilir;

Respublika dərəcəli idman hakimi – birinci dərəcəsi olan və həmin dərəcəni aldıqdan sonra ən azı 2 il hakimlik stajına yiyələnən, respublika miqyaslı 4 yarışda Baş hakim və ya Baş katib kimi, kompleks yarışlarda Baş hakimlər kollegiyasına daxil edilmiş mütəxəssislərin idman oyunlarında isə  ən azı il ərzində 15 görüşdə hakimlik etmiş şəxslərə verilir.

Qeyd: 1. Hakimlik dərəcələri verilərkən müvafiq idman təşkilatları tərəfindən hakimlərə adlarına yazılmış vəsiqə təqdim olunur.

 2. Hakimlərin idman geyimi müvafiq idman növünün yarış qaydalarına əsasən müəyyən edilir. 

 3. Respublika dərəcəli hakim adını almış şəxslərə vəsiqə və döş nişanı verilir.

 

İdman hakimliyi üçün Təqdimat

Yükləmək