Karantin müddətində təşkil olunan onlayn şahmat yarışları

2020-ci ilin aprel və 2021-ci ilin may ayları arasında «Təhsil» Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 4 ölkədaxili və 4 beynəlxalq onlayn şahmat yarışı keçirilib. Bundan əlavə «Təhsil» RİM-in komandası klublararası Avropa kubokunda iştirak edib.

Yarışların ümumi siyahısı:
1. 5 aprel 2020 – Onlayn respublika birinciliyi
2. 19-26 aprel 2020 – Onlayn qran-pri turniri
3. 9-10 may 2020 – Ümummilli liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn «Beynəlxalq Təhsil kuboku»
4. 5-6 dekabr 2020 – Qarabağ Azərbaycandır! beynəlxalq onlayn şahmat turniri
5. 19 yanvar 2021 – 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn respublika şahmat turniri
6. 5-7 fevral 2021 – Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn respublika şahmat turniri
7. 27-31 mart 2021 – Avropa onlayn klub kubokunda iştirak
8. 2-4 aprel 2021 – “Nizami Ganjavi-880” beynəlxalq onlayn şahmat turniri
9. 7-8 may 2021 – Ümummilli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş 2-ci onlayn «Beynəlxalq Təhsil kuboku»