Kişilər arasında Azərbaycan çempionatı-2022 Naxçıvanda keçiriləcək

Tehsilchess.az AŞF-nin internet səhifəsinə istinadən xəbər verir ki, fevral ayının 04-dən (gəlmə günü və püşkatma) 18-dək (son tur)  Naxçıvan şəhərində “Kişilər arasında Azərbaycan Çempionatı” keçiriləcək. Çempionat 40 şahmatçının iştirakı ilə 2 mərhələdə keçiriləcək.   I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaqdır. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda çempionu müəyyən edəcəklər.

Yarışın ümumi mükafat fondu 22000 Azn təşkil edir.

Çempionatın əsasnaməsi ilə buradan tanış ola bilərsiz.