Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına start verildi

Bu gün Naxçıvan şəhərində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına start verildi. Çempionatda 24 şahmatçı mübarizə aparır. Bu şahmatçılardan 10 nəfəri Təhsil Nazirliyi sistemində məşğul olan şahmatçılardır. “Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM-dən Məmmədov Nicat (məşqçi-müəllim), Süleymanli Aydın, Əhmadzadə Əhməd, Eynullayev Atilla, Atakişiyev Elmar, “Təhsil” RİM-in 4 nömrəli İOEUGİŞM-dən Muradlı Məhəmməd, Mustafayev Fərid, Talıbov Şiroğlan, Manafov Vüqar, “Təhsil” RİM-in Sumqayıt şəhər 2 nömrəli UGİŞM-in yetirmələri İbrahimli Murad, İlyasli Uğur qalib adı uğrunda yarışırlar.

Çempionat 2 mərhələdə keçirilir. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Bu mərhələdə ilk 4 yeri tutan şahmatçılar 2-ci mərhələyə vəsiqə qazanacaq. II mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və final oyunları çempionu müəyyən edəcək. Yarışa 18 fevral tarixində yekun vurulacaq.

1-ci mərhələnin oyunlarını hər gün saat 14-00-dən etibarən buradan izləyə bilərsiz. Yarışın rəsmi saytında  ilk turun cütləri ilə tanış olmaq olar.

Dünən isə yarışın rəsmi açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, FİDE-nin vitse-prezidenti və AŞF-nin prezidenti Mahir Məmmədov, AŞF-nin vitse prezidenti və Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov və digər rəsmi qonaqlar və iştirakçılar iştirak edib. 

Açılış mərasimi:

1-ci tur:

You May Also Like