Konyaaltı Beynəlxalq şahmat yarışı

17-22 noyabr 2019-cu il tarixlərində Türkiyə Cümhuriyyətinin Antalya bölgəsinin Konyaaltı rayonunda Konyaaltı bələdiyyəsi beynəlxalq şahmat yarışı keçiriləcəkdir. Yarış A, B və U12 kateqoriyalarında keçiriləcəkdir. A qrupunda 1900 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1899 və daha aşağı reytinqli şahmatçlar iştirak edə bilər. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçiriləcəkdir. Oyuna nəzarət vaxtı 90 dəqiqə + 30 saniyə / hər gedişə-dir. Yarışın ümumi mükafat fondu 50.000 TL-dir. U12 kateqoriyası isə 19-22 noyabr 2019-cu il tarixlərində keçiriləcəkdir. 

Yarışın direktoru: Osman Akdoğan

Təşkilatçı ilə əlaqə üçün:

Əlaqə nömrəsi: 0530 7706507

Email: antalya@tsf.org.tr

A və B qrupu
U12 qrupu