MƏKTƏBDƏNKƏNAR TƏHSİL

 

“Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq məktəbdənkənar təhsil sahəsinin başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:

– Məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək;

– Məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək;

– Təhsili idarəetmə orqanları və məktəbdənkənar təhsil müəssisələri tərəfindən məktəbdənkənar təhsil sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.

Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı təşkilatlar, qeyri-hökümət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.

 

Məktəbdənkənar təhsil sahəsi üzrə işin başlıca təşkili vəzifələri:

– Məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi;

– Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişaflarının təminin dəstəklənməsi;

– Şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə    mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsi;

– Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə təlimati sənədlərin işlənib hazırlanmasının təmin edilməsi, onların təsdiqinə nail olunması və digər öhdəliklərin yerinə yetirilməsi.

 

Aşağıdakı funksiyaların icra edilməsi sayəsində məktəbdənkənar təhsil sahəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:

– Nazirliyin tərbiyə işinin təşkili və məktəbdənkənar təhsil üzrə öhdəliklərinin həyata keçirilməsi;

– Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsil üzrə prioritetlərinin müəyyənləşdirilməsi və bu sahədə siyasətin formalaşdırılmasında iştirak olunması;

– Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi, оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişaflarının təmini istiqamətində   aparılan işlərin əlaqələndirilməsi və tənzimlənməsi;

– Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə fəaliyyətlərin planlaşdırılması, idarə olunması və keyfiyyətinin yüksəldilməsi işinin təşkili daxildir.

 

Məktəbdənkənar təhsil müəssisələri haqqında statistik məlumat
 

Mərkəzlərin adı

Mərkəzlərin sayı

Qrupların sayı

Uşaqların sayı

Dərnək rəhbərləri, məşqçi- müəllimlərin sayı

Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

 74

4767

57892

2856

Uşaq-Gənclər İnkişaf Mərkəzi

67

3856

54279

2895

 

Mənbə: Təhsil Nazirliyinin rəsmi internet səhifəsi https://edu.gov.az/az/page/66