Məktəblilərin Avropa Kubokunda 2 İsmayılova, 2 qızıl!

03-11 oktyabr 2018-ci il tarixlərində Monteneqro Respublikasının Budva şəhərində Məktəblilərin I Avropa kuboku keçirilmişdir. Kubokda ölkəmizi 2 şahmatçı: İsmayılova Xanım və İsmayılova Səlbinaz bacıları təmsil etmişlər. 3 nömrəli RİOEUGİŞM-in şagirdi olan hər iki şahmatçı fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişlər. Belə ki, İsmayılova Xanım 9 yaşadək qızlarda, İsmayllova Səlbinaz isə 7 yaşadək qızlarda qızıl medal qazanmışlar.