Məktəblilərin şəxsi Avropa kuboku keçiriləcək.
Məktəblilərin Beynəlxalq Şahmat Birliyi və Monteneqro Şahmat Federasiyasının təşkilatçılığı ilə 18-27 iyun 2021-ci il tarixlərində Monteneqronun Petrovas (turizm bölgəsi) şəhərində Məktəblilərin şəxsi Avropa kuboku keçiriləcək. Yarış “Palas” 4* otelində keçiriləcək. Yarış Avropa şahmat birliyinin (ECU) tədbirləri sırasına daxildir.
Yarış Standart, Rapid və Blitz birləşməsindən ibarətdir və 7, 9, 11, 13, 15 yaş kateqoriyaları üzrə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün Monteneqroya girişdə Viza tələb olunmur (90 gün ərzində).