Məktəblilərin yığması təlim-məşq toplanışında

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında mərkəzin şahmat idman növü üzrə yığma komandasının təlim-məşq toplanışı keçirildi. Təlim-məşq toplanışından sonra mərkəzin şahmat üzrə yığma komandası 20-30 aprel 2018-ci il tarixlərində Albaniya Respublikasının Durres şəhərində keçirilən “Məktəblilərin şahmat üzrə Dünya çempionatı”nda iştirak edəcəklər.

Təlim məşq-toplanışı Mərkəzin şahmat idman növü üzrə baş məşqçisi tərəfindən hazırlanmış proqram və Respublikanın Əməkdar məşqçisi İlham Əliyev tərəfindən hazırlanmış və keçilmiş mövzular əsasında 

aparılmışdır.

Bundan əlavə şahmat üzrə kişilərdən ibarət yığmamızın üzvləri, dünya şöhrətli Şəhriyar Məmmədyarov və Rauf Məmmədov gənc şahmatçılarla görüşmüş, seans oyun keçirmişlər. Seansın nəticəsinə əsasən Şəhriyar 16:0, Rauf isə 14:2 hesabı ilə gənclərimiz üzərində qələbə qazanmışlar.