Məhəmməd Muradlı Azərbaycan çempionu oldu

04-18 fevral 2022-ci il tarixlərində Naxçıvan şəhərində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatdı.
Çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən olan beynəlxalq əmsalı 2300-dən yuxarı olan, 2022-ci il üçün Naxçıvan Muxtar Respublikasının çempionatında I-III yerlərin tutmuş idmançılardan ibarət 24 nəfər şahmatçı qatılıb.
Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı qızıl medal qazınıb.
Çempionatda 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aydın Süleymanlı isə yarışı IV yerdə başa vurub.
Qeyd edək ki, yarışda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatında iştirak edəcək.