Muradlıdan möhtəşəm çıxış!

Özbəkistan prezidentinin mükafatı uğrunda beynəlxalq şahmat turnirində iştirak edən Məhəmməd Muradlı blitzdə möhtəşəm çıxışı ilə yadda qalıb. 11 noyabr 2021-ci il tarixində paytaxt Daşkənddə keçirilən yarışda adlı-sanlı şahmatçılar arasında 9 oyundan 8,5 xallıq nəticə göstərən Məhəmməd birinci yerə sahib çıxıb və 2-ci yerlə 1 xallıq fərq yaratmağı bacarıb. 2900 reytinq performans göstərən şahmatçımız eyni zamanda blitz reytinqini 90 vahid qaldırıb.

Yarışın nəticələri ətraflı tanış olmaq üçün link: https://chess-results.com/tnr590273.aspx?lan=1&art=1

Qeyd edək, “Təhsil” RİM-in 4 nömrəli İOEUGİŞM-in yetirməsi olan Məhəmməd sabahdan etibarən (12 noyabr) yarışın klassik mərhələsidə çıxış edəcək.

Klassik yarışın linki: https://chess-results.com/tnr588848.aspx?lan=1&art=0&turdet=YES