“Namizədlər turnirindən çıxmağa hazır idim, lakin federasiyam məcbur etdi”

Vanq Hao: “İddiaçılar turnirindən çıxmağa hazır idim, amma federasiyam məcbur etdi”

Tehsilchess.az xəbər verir ki, bu barədə şahmatçı özünün facebook hesabında qeyd edib. Teymur Rəcəbov kimi Vanq Hao da namizədlər turnirinin daha yaxşı, sakit vaxtlara qədər təxirə salınmalı olduğunu düşünür. Azərbaycanlı qrossmeyster turnirdə oynamaqdan imtina etsə də, çinlilər Yekaterinburqa gəldilər. Bunun səbəbi Vanq Haonun facebookdakı şərhindən aydın oldu:

“Turnirdən çıxmağa hazır idim, amma şahmat federasiyam təzyiq göstərdi” dedi.

Qeyd edək ki, 2 gün öncə yazdığı facebook statusunda “Ümid edirəm ki, bu mənim Rusiyaya son səfərimdir” deyə qeyd etmişdi. Həmyerlimiz Rauf Məmmədovun nə baş verdiyi barədə sualına isə “Ağız və burun müayinəsi üçün gözlədilirəm, eyni sualla fərqli insanlar tərəfindən sorğulanıram” deyə cavab vermişdi.