FIDE Namizədləri Turniri bu gün (19 aprel 2021-Bazar ertəsi günü) qaldığı yerdən davam edəcək və 19-28 aprel 2021-ci il tarixlərində Rusiyanın Yekaterinburq şəhərində oynanılacaq. Qalib, 2021-ci ilin noyabr ayının sonunda Dubayda hazırkı dünya çempionu Maqnus Karlsenlə matça çıxacaq.
FIDE Namizədləri Turnirinə dair mətbuat konfransı 13 aprel tarixində Moskvada, “Rossiyskaya Gazeta” Media Mərkəzində FIDE Prezidenti Arkadi Dvorkoviç, şahmat üzrə vitse-dünya çempionu Anatoli Karpov, 2016 FIDE Namizədlər turnirinin qalibi Sergey Karyakin və namizədlər turnirinin direktoru Albert Stepanyanın iştirakı ilə keçirilib.
FIDE prezidenti Arkadi Dvorkoviç turnirin bərpasını gözlədikləri üçün şahmatsevərlərə və mediaya təşəkkür etdi. Tədbirin hansı tibbi protokollar altında davam etdiriləcəyini izah etdi. Tamaşaçıların maska geyinmək və sosial məsafəni qorumaq kimi bəzi tələblərlə turnirə buraxılacağını vurğuladı. Tamaşaçılar ya vaksin olunmuş olmalı, ya da koronavirus infeksiyası üçün mənfi test nəticəsi olmalıdır.