Namizədlər turnirində 4 lider

Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan FİDE Namizədlər turnirində 2-ci turun oyunları keçirilib. Fabiano Karuana, Yan Nepomniyaşi, Maksim Vaşye Laqrev və Vanq Hao 2 oyundan 1,5 xalla liderlik edir. Aleksandr Qrişuk, Kiril Alekseenko və Aniş Qiri 1 xalla 5-7-ci yerləri bölüşürlər. Yarışdan öncə adı favoritlər sırasında hallanan Dinq Liren isə gözlənilmədən yarışın autsayderidir. 2 oyundan 0 xal toplayan Dinq şanslarını minimuma endirib.

Bu gün 3-cü turun oyunları keçiriləcək:
Aniş Qiri (Niderland) – Maksim Vaşye-Laqrev (Fransa)
Aleksander Qrişuk (Rusiya) – Vanq Hao (Çin)
Kirill Alekseenko (Rusiya) – Yan Nepomniyaşi (Rusiya)
Dinq Liren (Çin) – Fabiano Karuana (ABŞ)