Nana Caqnidze Lozanna Qran Prisinin qalibi oldu

İsveçrənin Lozanna şəhərində keçirilən qadınlar arasında FİDE Qran Pirisi başa çatdı. İki lider – Nana Caqnidze və Aleksandra Qoryaçkina arasında son turda baş verən toqquşma heç-heçə ilə başa çatdı. Hər iki şahmatçı 7 xal topladı. Yekunda kubok əlavə göstəricilərdə qələbə sayındakı üstünlüyü sayəsində Gürcüstan təmsilçisinin oldu. 3-cü yeri isə qazax Jansaya Abdumalik 6,5 xalla əldə etdi. Nana Dzagnidze Lozannadakı qələbəsi sayəsində Qran Pri seriyasında böyük bir irəliləyiş etdi.

Bağlanış mərasimində FİDE-nin vitse-prezidenti Lukasz Turlej qeyd edib ki, tədbir rekord sayda tamaşaçı cəlb edib.

 Yekun nəticələr: 

1-2. Nana Caqnidze (GEO) və Aleksandra Goryaçkina (RUS) – 7 xal
3. Jansaya Abdumalik (KAZ) – 6½
4.-5. Alina Kaşlinskaya (RUS) və Anna Muziçuk (UKR) – 6
6-8. Harika Dronavalli (IND), Mariya Muziçuk (UKR) və Antoaneta Stefanova (BUL) – 5½
9-10. Pia Kramling (SWE) və Çuy Vençyun (CHN) – 4½
11-12. Marie Sebag (FRA) və Aleksandra Kostenyuk (RUS) – 4