Nicat Abasov Praqada liderdir

21.06.2021

Təəssüf ki, turnirin davamı şahmatçımız üçün uğurlu alınmadı. Həlledici oyunda, 5-ci turda Şenklənd Semə (ABŞ), ardınca isə Radovlas Voytaşekə (POL) məğlub olan Nicat sonuncu turda Nquyen Tai Day Vanla xalları yarı böldü. Həmyerlimiz ümumi olaraq turniri 50%-lik nəticə ilə başa vurdu (2 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət) və 5-ci oldu.

18.06.2021

14-20 iyun 2021-ci il tarixlərində Çexiyanın paytaxtı Praqada “Praqa şahmat festivalı” keçirilir. Praqanın Don Covanni otelində təşkil olunan festivalın “Masters” qrupunda həmyerlimiz Nicat Abasov da iştirak edir. 8 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarış şahmatçımız üçün uğurlu alınıb. Nicat 4 oyundan 3 xalla amerikalı Şenklənd Sem ilə 1-2-ci yerləri bölüşür. Ağ fiqurlarla Qrandelus Nils (İSV) və David Navara (ÇEX) üzərində qələbə qazanan Abasov digər 2 oyununu heç-heçə başa vurub.

Bu gün həlledici oyunda 2 lider qarşı-qarşıya gələcək. Nicat qara fiqurlarla Şenkləndə uduzmamalıdır. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq

Qeyd edək ki, əsasnaməyə görə yekunda 1-ci yer uğrunda xal bərabərliyi qeydə alınarsa qalib əlavə görüşdə müəyyənləşəcək.