“Nizami Ganjavi – 880” beynəlxalq onlayn şahmat turniri keçiriləcək

2-4 aprel 2021-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Ganjavi – 880” beynəlxalq onlayn şahmat turniri keçiriləcək. Komanda formatlı rapid yarışda ölkəmiz 4 komanda ilə təmsil olunacaq. Dəvət olunmuş ölkələrin hər birindən isə 1 komanda iştirak edəcək.

Yarış əsasnaməsi: http://ganjavi880.tehsilchess.az/wp-content/uploads/2021/03/Esasname-AZE.pdf

Yarışın internet səhifəsi: www.ganjavi880.tehsilchess.az