“Təhsil” RİM-in onlayn Qran-pri turniri keçiriləcək

19-26 aprel 2020-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin17 yaşadək şahmatçılar arasında sürətli şahmat üzrə onlayn qran-pri turniri keçiriləcək.

 

Turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, sürətli şahmat üzrə qalibləri müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış tərcübələrinin artırılması məqsədilə keçirilir.

Turnir www.chess.com internet portalı üzərindən 19-26 aprel 2020-ci il tarixlərində keçiriləcək.

     Qran-pri turnirində 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının qeyd olunan yaşadək şahmatçıları iştirak edə bilərlər. Yarışa qatılmaq üçün hər bir iştirakçı ilk növbədə www.chess.com saytı üzərindən qeydiyyatdan (istifadəçi adının ad və soyaddan ibarət olması arzuolunandır) keçməlidir. Qeydiyyatdan keçmiş şahmatçı qran-pridə iştirakçı hüququ əldə etmək üçün aşağıda göstərilən tələbləri yerinə yetirməlidir:

Öz chess.com profilində ad, soyad və yaşadığı rayonu (şəhəri) qeyd etmək.

Profil şəklinə üzünün aydın göründüyü şəkil yükləmək.

Profilin “haqqımda” bölməsində: təvəllüdünü, təhsil aldığı təhsil müəssisəsini, şahmatla məşğul olduğu şahmat məktəbini (klubunu) və əlaqə nömrəsi qeyd etmək. Arzu olunandır ki, şahmatçının fide profilinin linki də əlavə olunsun (əgər FİDE ID kodu varsa).

Şəxsiyyət vəsiqəsinin şəklini, şahmatçının kompyuter (və ya telefon, planşet) qarşısında (ekranda chess.com-un şahmat lövhəsi görünməklə) çəkilmiş şəklini və istifadəçi adını (username, nickname) whatsapp-la 055 252 22 38 nömrəsinə göndərmək.

Yuxarıda göstərilən tələbləri yerinə yetirdikdən sonra www.chess.com saytı üzərindən “U17 Grand Prix” klubuna üzvlük üçün müraciət etmək. Müraciətdə yarış zamanı heç bir kənar vasitədən (proqram və ya başqa 1 insan köməyi) istifadə etməyəcəyinizə dair öhdəlik götürməyinizi təsdiq etmək üçün “Mən sizin şərtlərinizi qəbul edirəm” yazmalısınız.

Şahmatçının məlumatlarının düzgünlüyü yoxlanıldıqdan sonra “U17 Grand Prix” klubuna üzv olaraq qəbul olunur. Kluba qeydiyyat 17 aprel 2020-ci il saat 22:00-da başa çatır. Kluba üzv olmuş şahmatçı əsasnamədə göstərilən qrafik üzrə hər mərhələnin başlama saatından 1 saat öncə yarışın internet səhifəsinə daxil olmaldır. Sayta yerləşdirilmiş linkə daxil olaraq açılan səhifədə “Qoşul” əmrini seçməklə qran prinin həmin mərhələsinə üzv olur. Səhifədə görünən geri sayım başa çatdıqdan sonra avtomatlaşdırılmış püşkatmanın verdiyi rəqiblə qarşılaşma ekranda görünür və oyun başlanır. Oyun zamanı internetlə bağlı yaranan problemlərə görə təşkilatçı tərəf məsuliyyət daşımır.

Yuxarıda göstərilənlər əyani şəkildə yazılı və video təlimat formasında izləmək üçün yarışın internet səhifəsinə daxil olun: www.tehsilches.az/ogp2020

Şahmatçıların yarışda iştirakını təmin etmək və yarana biləcək suallarını cavablandırmaq üçün hər bir müəssisə öz səlahiyyətli nümayəndəsini təyin edir. Səlahiyyətli nümayəndənin internetdən sərbəst istifadəni bacarması mütləqdir. Səlahiyyətli nümayəndələr üçün lamızi dəstəyin göstərilməsi üzrə əlaqədalədirici şəxs: Cavid Səmədov, Mob: 050 753 00 86.

Keçirilmə qaydası:

Qran-pri yarışları 7 mərhələdən ibarətdir. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar isveçrə sistemi ilə keçirilir və 11 turdan ibarət olacaqdır. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız). Seçmə mərhələlərin hər birində yığma komandalarımızın (3 qadın, 3 kişi) üzvlərindən biri fəxri qonaq kimi iştirak edəcək və həmin mərhələ o şahmatçının adı ilə adlandırılacaq. Fəxri qonaq şahmatçının qazandığı nəticə (yer) müsabiqədən kənar hesab olunacaq. Lakin onlardan alınacaq xal şahmatçıya əlavə Qran-pri balı qazandıracaq. Seçmə mərhələlərdəki nəticələrə görə ən çox Qran-pri balı toplayan 15 nəfər şahmatçı final mərhələsinə vəsiqə qazanır. İki və daha artıq iştirakçı eyni qran-pri balları toplayarsa qalib əmsalların aşağıdakı ardıcıllığı ilə müəyyən olunacaq:1) Göstərdiyi ən yüksək nəticə (yer) 2) Bütün mərhələlər üzrə toplanılan oyun xalların cəmi. Qran-prinin hər bir seçmə mərhələsi üzrə ballar aşağıdakı sistemlə hesablanacaq:

Seçmə mərhələlər üzrə

Qran-pri balı

1-ci yer

50

2-ci yer

40

3-cü yer

30

4-cü yer

20

5-ci yer

18

6-cı yer

16

7-ci yer

14

8-ci yer

12

9-cu yer

10

10-cu yer

8

11-14-cü yerlər

6

15-18-ci yerlər

4

19-20-ci yerlər

2

Fəxri qonaqla heç-heçə

+4

Fəxri qonaq üzərində qələbə

+10

 

Qran-prinin sonuncu – Final mərhələsi seçmə mərhələlərdən seçilmiş 15 şahmatçı, üstəgəl təşkilatçı tərəfindən birbaşa finala vəsiqə verilən Aydın Süleymanlı (son zamanlar göstərdiyi yüksək performans səbəbindən birbaşa finala dəvət olunub) arasında keçiriləcək. Final mərhələsində şahmatçılar oyunlarını kamera qarşısında keçirəcəklər. Oyun zamanı kameranı və mikrofonu bağlamaq qəti qadağandır. 16 şahmatçı olimpiya sistemi (uduzan çıxır) üzrə mübarizə aparacaq. Aydın Süleymanlı final mərhələsinə 1-ci nömrə kimi başlayacaq, digər iştirakçıların sıralaması onların qran-pri balları əsasında müəyyən olunacaqdır. 1/8, 1/4, 1/2 final mərhələsinin matçları 3 dəqiqəlik 2 oyundan ibarət olacaq. Matçda bərabərlik qeydə alınarsa əlavə 2 oyun (1 dəqiqəlik oyun) keçiriləcək. Burada da heç-heçə olarsa matç tərəflərdən biri qələbə qazananadək davam etdiriləcəkdir.

3-cü yer uğrunda görüş və final matçı isə 4 oyundan ibarət olmaqla keçiriləcək. Bərabərlik qeydə alınarsa əlavə 2 oyun (1 dəqiqəlik) oynanılacaq. Əgər burada da bərabərlik pozulmazsa tərəflərdən biri ilk qələbə qazananadək matç davam etdiriləcəkdir. Rəngi müəyyənləşdirmək üçün moderator tərəfindən püşk seçimi təklif olunacaq.

Anti-çitinq və appelyasiya komitəsi

Qran-prinin seçmə mərhələlərinin oyunları analiz olunması üçün chess.com-un FairPlay komandasına göndəriləcək. Oyun zamanı hər hansı kənar vasitənin köməyindən (proqram və ya insan) istifadə etdiyi müəyyən olunan şahmatçı dərhal turnirdən kənarlaşdırılacaq. FairPlay komandasının qərarını dəyişdirə biləcək 5 nəfərlik appelyasiya komitəsi də təşkil olunacaqdır.

Qaliblərin mükafatlandırılası

Qran-prinin final mərhələsinə yüksələrək son 8 nəfərədək irəliləmiş şahmaçılar mükafatçı hesab olunurlar və aşağıdakı göstərilən miqdarda pul mükafatını qazanacaqlar:

Yerlər

Mükafat

1-ci yer

300 AZN

2-ci yer

220 AZN

3-cü yer

180 AZN

4-cü yer

100 AZN

5-ci yer

50 AZN

6-cı yer

50 AZN

7-ci yer

50 AZN

8-ci yer

50 AZN

 

Qran-prinin qrafiki

Mərhələnin adı

Tarix

Saat

I mərhələ

19 aprel 2020

18:00

II mərhələ

20 aprel 2020

18:00

III mərhələ

21 aprel 2020

18:00

IV mərhələ

22 aprel 2020

18:00

V mərhələ

23 aprel 2020

18:00

VI mərhələ

24 aprel 2020

18:00

VII mərhələ, 1/8 final matçı – 1

26 aprel 2020

10:00

VII mərhələ, 1/8 final matçı – 2

10:30

VII mərhələ, 1/8 final matçı – 3

11:00

VII mərhələ, 1/8 final matçı – 4

11:30

VII mərhələ, 1/8 final matçı – 5

12:00

VII mərhələ, 1/8 final matçı – 6

12:30

VII mərhələ, 1/8 final matçı – 7

13:00

VII mərhələ, 1/8  final matçı – 8

13:30

VII mərhələ, ¼  final matçı – 1

16:00

VII mərhələ, ¼  final matçı – 2

16:30

VII mərhələ, ¼  final matçı – 3

17:00

VII mərhələ, ¼  final matçı – 4

17:30

VII mərhələ, ½ final matçı – 1

18:00

VII mərhələ, ½ final matçı – 2

18:30

VII mərhələ, 3-cü yer uğrunda matç

19:00

VII mərhələ, final matçı

20:00

 

Təşkilat komitəsi ilə əlaqə

Yarışın internet səhifəsi: www.tehsilchess.az/ogp2020

Email adres: tahsil.chess@gmail.com

Mob: 050 753 00 86 Cavid Səmədov

Whatsapp: 055 252 22 38 Hikmət Şükürov

Facebook: Teshilchess.az

You May Also Like