Komandalarımızın 4-cü turdakı nəticələri – Olimpiada

Türkiyənin Çorum şəhərində Türkiyə Şahmat Federasiyasının ev sahibliyi ilə təşkil olunan 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat olimpiadası davam edir.

Tehsilchess.az-ın məlumatına görə, bu gün 4-cü turun oyunları keçirilib. Ölkəmizi təmsil edən birinci komanda Azərbaycan bu turda Kanadaya 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız Azərbaycan-Naxçıvan isə Çexiyaya eyni hesabla uduzub.

Azərbaycan – Kanada – 3:1

Məhəmməd Muradlı – Rohan Talukdar – 1:0
Aydın Süleymanlı – Egene Hua – 0.5:0.5
Əhməd Əhmədzadə – Lemik-Rodrige – 0.5:0.5
Vüqar Manafov – Nikolas Vettese – 1:0

Azərbaycan-Naxçıvan – Çexiya – 1:3

Xəzər Babazadə – Petr Sprenar – 0.5:0.5
Sadiq Məmmədov – Ondrey Svanda – 0.5:0.5
Sadiq Qarayev – Yakub Kusa – 0:1
Nəsrin Babayeva – Yakub Voyta – 0:1

4 turdan sonra Azərbaycan 2-ci, Azərbaycan – Naxçıvan 22-ci pillədə qərarlaşıb.