Komandamız olimpiadanın qalibi oldu

Türkiyənin Çorum şəhərində Türkiyə Şahmat Federasiyasının ev sahibliyi ilə təşkil olunan 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat olimpiadası başa çatıb.

Tehsilchess.az-ın məlumatına görə, olimpiadanın qalibi  ölkəmizi təmsil edən birinci komanda Azərbaycan olub. Şahmatçılarımız son turda Çinə 2.5:1.5 hesabı ilə qalib gəlib.

İkinci komandamız Azərbaycan-Naxçıvan isə  29-cu olub.

Çin – Azərbaycan – 1.5:2.5

Yi Lin – Məhəmməd Muradlı – 0.5:0.5
Kaifenq Yu – Aydın Süleymanlı – 0:1
Qi Xi – Əhməd Əhmədzadə – 0.5:0.5
Xiao Zhanq – Vüqar Manafov – 0.5:0.5

Azərbaycan Naxçıvan – Türkiyə – White – 1:5:2.5

Xəzər Babazadə – Emirhan Tarlabaşı – 0:5:0.5
Sadiq Məmmədov – Kagan Aydıncelebi – 0.5:0.5
Sadiq Qarayev – Ekin Barış Ozenir – 0:1
Arturan İsmayılob – Busa Ozbek – 0.5:0.5

Qeyd edək ki, Özbəkistan olimpiadakı 2-ci, Belarus isə 3-cü pillədə başa vurub.