Olimpiadanın qalibi olan Azərbaycan şahmatçıları Vətənə qayıtdı

Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandası Bakıya qayıdıb.

Tehsilchess.az-ın məlumatına görə, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət komanda Olimpiadada 16 xal toplayıb. Azərbaycan Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Şahmatçılardan ən yüksək nəticəni 9 tura 7 xalla Aydın Süleymanlı göstərib.

Əlavə edək ki, Aydın Süleymanlı və Əhməd Əhmədzadə “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİŞM-in, Vüqar Manafov və Məhəmməd Muradlı 4 nömrəli İOEUGİŞM-in yetirməsidir.