Onlayn məsələ müsabiqəsi

Əziz şahmatçılar və şahmat həvəskarları!

28 sentyabr 2019-cu il (şənbə günü) saat 11:00-da saytımızda məsələ həlli üzrə onlayn müsabiqə keçiriləcəkdir. Müsabiqə “Təhsil” Respublika İdman Mərkəzinin şahmat bölməsi və AŞF-nin şahmat bəstəçiliyi komissiyası tərəfindən təşkil olunur. Müsabiqədə 8 məsələ (2 ədəd ikigedişli–#2, 2 ədəd üçgedişli – #3, 2 ədəd çoxgedişli – #N, 2 ədəd etüd – +=) təqdim olunacaq. 11:00-da məsələlər saytın Baş xəbər bölməsində görünəcək və bu andan etibarən müsabiqə başlanmış hesab olunacaq. Həmin linkə klikləyərək məsələləri görə bilərsiniz. Saat 14:00-dək yazılan cavablar nəzərə alınacaq. Cavablarınızı yalnız və yalnız məsələlərin aşağısında mövcud olan rəy bölməsində (facebookda yazılan cavablar nəzərə alınmır) yazmağınız, email və ad, soyadınızın düzgün qeyd olunması tələb olunur. Cavabların tam və əhatəli olması arzuolunandır. 

Yazılan cavablar digər iştirakçılara təsir etməməsi üçün səhifədə dərhal görünməyəcək. Müsabiqə başa çatdıqdan sonra yazılan bütün cavablar axşam saatlarında hamı tərəfindən görünməsi üçün açılacaq (yazıldığı saat görünməklə). Qaliblər 1 gün sonra (bütün cavablar yoxlandıqdan sonra) elan olunacaqdır. 

Müsabiqəyə maraq böyük olarsa onu gələcəkdə ənənəvi formaya salmaq və mükafat təsis etmək mümkündür.

Test üçün bu xəbərin rəy bölməsi açıq qoyulmuşdur.

You May Also Like

One thought on “Onlayn məsələ müsabiqəsi

  1. N1
    1).Fc5-Tb5 2).Va3+×
    1).Fc5-Fb5 2).Fb6+×

    N2
    1).Af5-Fd4 2).Ae7+×
    1).Af5-d6 2).Td6+×

    N3
    1).Ag2-Th7 2).Tc4-Tc7
    3).Ta3+×
    1).Ag2-Th7 2).Tc4-Ta7
    3).Th4+×

    N4
    1). Şb5-Şe6 2).Fc5-Şe5
    3).Vf5+×

    N5
    1).Şg6-Şc3 2).h7-Şc2
    3). h8T-Şc3 4).Tc8+×
    1). Şg6-Şc5 2).h7-Şc6
    3).h8V-Şc7 4).Vc3+×

    N6.
    1). Aa3-ba 2).Fa2-Şa2
    3).Ad3-Şa1 4 ).Ac1-a2 5).Ab3+×

    N7.
    1). h5-gh 2). gh-Şd8 3).h6-Şe8
    4). h7-Şf7 5). h8V

    N8
    1).g5-Şb6 2).g6-Fc3 3).c5+-Şc5
    4).d7-Ff6 5). g7-Fg7 6).d8V

Comments are closed.