Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən Respublika Şahmat Festivalı başa çatdı
Mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Şahmat” fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında Respublika Şahmat Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən mükafatlandırma mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib.
Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işlər haqqında mərasim iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, şahmat idman növünün uşaqlar üçün əhəmiyyətindən danışaraq, gənc şahmatçılara uğurlar arzuladı.
Çıxışlardan sonara qaliblərin mükafatlandırma mərasimi başladı. II, III və IV siniflər üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar Təhsil Nazirliyi tərəfindən diplom,medal və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
Yarışların nəticələrinə bu linklərdən baxa bilərsiniz: Oğlanlar, Qızlar