Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.

11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva -Türkan Məmmədyarova, Ayan Allahverdiyeva – Xəyalə Abdulla, Zeynəb Məmmədyarova-Gülnar Məmmədova, Xanım Balacayeva-Gövhər Beydullayeva, Səbinə İbrahimova -Nərmin Abdinova arasında oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. 1-ci turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.