Qadınlar arasında Azərbaycan çempionatı davam edir. 4 mart 2020-ci il tarixində start götürən yarışda 4 turdan sonra yarış cədvəlinə Gövhər Beydullayeva rəhbərlik edir. 4 oyundan 3,5 xal toplayan Gövhər növbəti turda təcrübəli Türkan Məmmədyarova ilə qarşılaşacaq. 2-ci yerdə Xanım Balacayeva qərarlaşıb. Belə ki, o, 4 oyundan 3 xal toplayıb. Xanımla eyni xalı toplayan Gülnar Məmmədova yalnız əlavə əmsala 3-cüdür.
Dairəvi sistemi üzrə keçirilən və 9 turdan ibarət olacaq yarışda 10 qadın şahmatçımız mübarizə aparır. Yığma komandamızın üzvləri Zeynəb və Türkan Məmmədyarovalar, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva ilə yanaşı Xəyalə Abdulla, Səbinə Rzalı, Mələk İsmayıl, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva mübarizə apararırlar. Qeyd edək ki, qadın şahmatçılarımız arasında ən yüksək reytinqə sahib Günay Məmmədzadə (2443) budəfəki Azərbaycan çempionatında iştirak etmir.
Şəkillər Lana Əfəndiyava tərəfindən çəkilib.