Rafael Bayramlı Rapiddə Dünya İkincisi oldu!

15-19 avqust 2019-cu il tarixlərində Belarus Respublikasının Minsk şəhərində 12 yaşadək şahmatçılar arasında Rapid və Blitz üzrə Dünya çempionatı keçirilmişdir. Bu çempionatda 8 yaşadək oğlanların mübarizəsində 2 şahmatçımız iştirak edib – Rafael Bayramlı (3 nömrəli RİOEUGİŞM) və Yusif Kərimli (Şəki UGİŞM). Rafael Bayramlı Rapiddə 9 oyundan 7.5 xalla dünya ikincisi olmuşdur. Blitzdə 9 oyundan 6 xal toplayan Rafael 19-cu yerə çıxıb.

Digər təmsilçimiz Yusif Kərimli isə hər iki kateqoriyada 7 xal toplasa da Blitzdə 5-ci, Rapiddə isə 7-ci yerlə kifayətlənməli olub.

Nəticələri bu linklərdən izləyə bilərsiniz: Rapid, Blitz