Respublika Birinciliyi başa çatdı

11-20 dekabr 2017-ci il tarixlərində Göyçay rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi keçirildi. Final mərhələsində, zona yarışlarında ilk 2 yeri tutmuş şahmatçılar, sonuncu Azərbaycan çempionatında ilk 3 yeri tutmuş şahmatçılar və yüksək beynəlxalq reytinqə sahib olan şahmatçılar iştirak etmişlər. Final mərhələsində ümumilikdə 28 rayonun (şəhərin) idman- şahmat məktəblərindən 162 şahmatçı iştirak etdi. Yarış Azərbaycan şahmatında ilk dəfə elektron keçirilmə qaydalarınin tətbiq edilməsi baxımından yadda qaldı. İlk dəfə olaraq yarışlar lövhələr üzrə və video görüntülü olmaqla canlı yayımlandı. 7, 9, 11, 13, 15, 17 yaşadək oğlan və qız şahmatçılar arasında qaliblər müəyyənləşdi. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif edildi. Birinciliyin keçirilməsində əsas məqsəd şagirdlər arasında şahmat idman növünün populyarlığının daha da artırılması, yeniyetmə şahmatçıların ustalıq səviyyəsinin və idman dərəcələrinin artırılması, mərkəzin məktəblilərdən ibarət yığma komandasının müəyyən edilməsi idi.


7 yaşadək qızlar arasında:

1. Bəşirli Səadət – Gəncə şəhər 2 nömrəli UGİŞM

2. Məmməli Nuray – “Təhsil” RİM-nin Lənkəran şəhər UGİŞM

3. İsmayılzadə Lalə – Sumqayıt şəhər 2 nömrəli UGİŞM


7 yaşadək oğlanlar arasında:

1. Əlizadə Paşam – “Təhsil” RİM-nin 4 nömrəi İOEUGİŞM

2. Kərimli Yusif – Şəki şəhər UGİŞM

3. Allahverdi Ümid – Sumqayıt şəhər 2 nömrəli UGİŞM


9 yaşadək qızlar arasında:

1. Nəsirova Lalə – Mingəçevir şəhər UGİŞM

2. Abbaszadə Suada – “Təhsil” RİM-nin 3 nömrəli RİOEUGİŞM

3. İsmayılova Xanım – “Təhsil” RİM-nin 3 nömrəli RİOEUGİŞM


9 yaşadək oğlanlar arasında:

1. Süleymanlı İsmayıl – “Təhsil” RİM-nin 3 nömrəli RİOEUGİŞM

2. Məmmədov Ziya – “Təhsil” RİM-nin 3 nömrəli RİOEUGİŞM

3. Kərimov Nihad – Göyçay rayon UGİŞM


11 yaşadək qızlar arasında:

1. Qasımova Səmra – Füzuli rayon UGİŞM

2. Rəhimova Aysel Quba rayon UGİŞM

3. Rzalı Leyla – Sumqayıt şəhər 2 nömrəli UGİŞM


11 yaşadək oğlanlar arsında:

1. Orucov Fərid – Sumqayıt şəhər 2 nömrəli UGİŞM

2. Vəliyev Şahin – Ağdam rayon UGİŞM

3. Abasov Yusif – Quba rayon UGİŞM


13 yaşadək qızlar arasında:

1. Kərimli Jalə – Sumqayıt şəhər 2 nömrəli UGİŞM

2. Beybutova Bikəxanım – Quba rayon UGİŞM

3. Məmmədova Aytac – Samux rayon UGİŞM


13 yaşadək oğlanlar arasında:

1. Babazadə Xəzər – “Təhsil” RİM-nin 3 nömrəli RİOEUGİŞM

2. Süleymanlı Süleyman – Şəki şəhər UGİŞM

3. Abbasov Aydın – Şəmkir rayon UGİŞM


15 yaşadək qızlar arasında:

1. İsmayıl Mələk – Sumqayıt şəhər 2 nömrəli UGİŞM

2. Rzalı Səbinə – Sumqayıt şəhər 2 nömrəli UGİŞM

3. Hacıyeva Ləman – “Təhsil” RİM-nin 4 nömrəli İOEUGİŞM


15 yaşadək oğlanlar arasında:

1. Manafov Vüqar – “Təhsil” 4 nömrəli İOEUGİŞM

2. Məlikov Fərid – Quba rayon UGİŞM

3. Eynullayev Atilla – “Təhsil” RİM-nin 3 nömrəli RİOEUGİŞM


17 yaşadək qızlar arasında:

1. Heydarova Aytac – “Təhsil” RİM-nin 4 nömrəli İOEUGİŞM

2. Əhmədova İradə – Ucar rayon UGİŞM

3. Məmmədova Süsən – Ucar rayon UGİŞM


17 yaşadək oğlanlar arasında:

1. İbrahimli Murad – Sumqayıt şəhər 2 nömrəli UGİŞM

2. Cəfərli Babək – Gəncə şəhər 2 nömrəli UGİŞM

3. Əhədzadə Kənan – “Təhsil” RİM-nin Lənkəran şəhər UGİŞM

 

 Nəticələri bu linkdən izləyə bilərisiz: Göyçay-2017