Baxış sayı: 1. 212
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika birinciliyinin final mərhələsinə start verilib.
16-23 dekabr 2021-ci il tarixlərində keçirilən Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə respublika birinciliyinin final mərhələsi yarışlarına start verilib.
“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində təşkil olunan final yarışında 6 yaş qrupu üzrə 140 nəfər şahmatçı mübarizə aparır. Yarış pandemiya qaydalarına əməl olunmaqla keçirilir.
Final yarışlarında I, II, III yeri tutan şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medal ilə təltif olunacaq.
Yarışın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyev irsinin şagirdlərə çatdırılması, istedadlı şahmatçıların üzə çıxarılması, onların Mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında keçirilən yarışların yekun nəticələri reytinq hesablanması üçün FIDE-yə göndəriləcək.
Lider lövhələrin oyunları yarışın internet səhifəsində canlı olaraq yayımlanır. Eyni zamanda oyunlar “youtube” üzərindən canlı olaraq şərh edilir. Bundan əlavə yarış haqqında ətraflı məlumat yarışın internet səhifəsində yerləşdirilir: https://ascc2021.tehsilchess.az/